Icma.az
close
up
RU
Əgər siz soğan yeməmisinizsə, o halda soğanlar hanı?

Əgər siz soğan yeməmisinizsə, o halda soğanlar hanı?

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Təhsil — təkcə diplom, sinif, dərs demək deyil. Təhsil bir xalqın gələcəyidir, bir dövlətin ideoloji dayanağıdır, bir insanın şəxsiyyətə çevrilmə yoludur. Mənim bütün həyatım, fəaliyyətim, düşüncəm və mübarizəm bu amal üzərində qurulub. Bu yolda tək idim, tək qaldım, amma heç vaxt geri çəkilmədim.

Mən təhsilə sadəcə mövcud vəziyyətlə yox, 20 il sonranı düşünərək yanaşıram. Bugünkü susqunluq, səssizlik və ya manipulyativ islahatlar gələcəyin fəlakətinə çevrilməməlidir. Mən gördüklərimi, bildiklərimi, hesab etdiklərimi deyirəm – sifarişlə yox, vicdanla, təəssübkeşliklə. Tənqid edirəmsə, qorxduğumdan deyil, sevdiyimdən edirəm. Mənim analizlərim, əsaslandırmalarım kimlərinsə xoşuna gəlməyə bilər. Amma bu ölkədə hər kəsin xoşuna gəlmək üçün yox, haqqın yanında olmaq üçün yaşayıram.

Təəssüf ki, təhsilin idarə edilməsində iştirak edən bəzi şəxslərin fəaliyyəti nəticəsində təhsil alanın da, verənin də hüquqları pozulur. Keyfiyyət yoxa çıxır, elmi-texniki səviyyə zəifləyir, intellektual inkişaf dayanır. Səssiz qalsaq, bu sistem çökəcək. Mən buna susa bilmərəm.

Mənim yolum qanunun, cəmiyyətin, vicdanın və millətin yoludur. Mən bu ölkənin müstəqilliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu və gələcəyi üçün can verməyə də hazıram – çünki mən bu tərbiyəni almışam, bu təhsili görmüşəm.

Təhdidmi? O yoldan çox keçmişəm. Təzyiqlərmi? Onlar da mənə tanışdır. Amma mən göydə Allaha, yerdə qanunlara güvənərək yolumdan dönməmişəm, dönməyəcəm də.

Mənim təkliflərim, təhlillərim, mübarizəm — xalqım üçündür. Kimlərsə bundan narahat olursa, sualım budur: əgər siz soğan yeməmisinizsə, o halda soğanlar hanı?

Mən dostluğa da, dəyərə də sadiqəm. Amma səhnə üçün yox, ürək üçün. Görüntü üçün yox, gerçək üçün. Mən öz yolumla, öz səsimlə, öz vicdanımla yaşayıram. Və bu da mənim təhsilə, millətə, haqqa olan borcumdur.

Kamran Əsədov,

təhsil eksperti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri