Pendir arıqlamağa kömək edir
Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son elmi araşdırmalar göstərib ki, pendir artıq çəkidən xilas olmağa kömək edir. Əvvəllər belə hesab olunurdu ki, pendir qanda xolesterolun səviyyəsini qaldırır.
Orqanizmdə xolesterolun səviyyəsi yüksəldikdə ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riski də artır.
Lakin Dublin Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, pendir nəinki qanda xolesterolun səviyyəsini qaldırmır, hətta arıqlamağa da kömək edir.
Saglamolun.az İndependent-ə istinadla xəbər verir ki, araşdırmada müxtəlif yaşlarda olan 1500 insan iştirak edib. Məlum olub ki, qidalanmada çoxlu süd məhsulları olan insanlarda bədən kütləsi indeksi, arterial təzyiq və orqanizmdə piyin faizi bu məhsulları yeməyən və ya az yeyən insanlarla müqayisədə daha aşağıdır.
Maraqlıdır ki, yağlılığı az olan süd məhsulları ilə qidalanan insanlarda yağlı süd məhsulları ilə (bunlara pendir də aiddir) qidalanan insanlarla müqayisədə xolesterolun səviyyəsi daha yüksək çıxıb. Əvvəllər mütəxəssislər məhz yağlılığı az olan süd məhsullarını qəbul etməyi tövsiyə edirdilər ki, bu məhsullar xolesterolun səviyyəsini qaldırmır.
Saglamolun.Az
Baxış sayı:94
Bu xəbər 16 Noyabr 2024 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















