Pensiya ilə bağlı TƏKLİF: Vərəsəlik əsasında ailə üzvlərinə verilsin
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“2025-ci ilin dövlət büdcəsində sosial müdafiə və pensiya sahəsinə digər illərlə müqayisədə müəyyən artımlar nəzərdə tutulub. Hökumətin pensiya təminatı məsələsinə yenidən baxması zəruridir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, statistik məlumatlara əsasən Azərbaycanda insanların ömür yaş həddi elə də yüksək deyil:
“Pensiyaçılarımızın sayı hər il azalmaqdadır. Təklif edirəm ki, şəxs pensiyaya çıxandan sonra öz istəyinə uyğun olaraq fərdi sahibkar qismində və ya hər hansı sahəyə investisiya qoymaqla öz əmək qabiliyyətini ifadə etmək istəyirsə, onun pensiya fondunda yığılmış vəsaitin müəyyən hissəsinin birdəfəlik ödənilməsi təşviq edilsin. Beynəlxalq təcrübədə bunun şahidi olmuşuq. Pensiya vəsaitinin vərəsəlik əsasında ailə üzvlərinə verilməsi qanunvericilikdə öz əksini tapmalıdır. Bu, ədalətli yanaşma olardı. Eyni zamanda əmək qabiliyyətli insanların əmək müqaviləsi əsasında işləməsini təşviq edər. Hazırda əmək müqaviləsi olmadan işləyənlərin sayı kifayət qədər çoxdur.
Digər tərəfdən bir sıra sahələrdə pensiyaya çıxmaq məsələsi könüllülük əsasında aparılmalıdır. Xüsusilə də 65 yaşına çatmış müəllim və həkimlər pensiyaya mütləq çıxmamalıdır. Onların təcrübəsindən istifadə etmək daha yaxşı olardı”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















