Icma.az
close
up
RU
Pensiya və maaş artımına aydınlıq gətirildi: “Ən azı 2 dəfə…” VİDEO

Pensiya və maaş artımına aydınlıq gətirildi: “Ən azı 2 dəfə…” VİDEO

Icma.az, News24 portalına istinadən məlumat yayır.

News24.az Globalinfo.az-a istinadla sabiq deputat Vahid Əhmədovla müsahibəni təqdim edir:

– Vahid bəy, bir neçə gündür mediada minimum pensiya və əməkhaqqının artırılacağı barədə xəbərlər dərc olunur. Amma dəqiq bir rəqəm, fakt yoxdur. Oxucuların narazılığına səbəb olan bu hal həqiqidirmi? Yəni artım varmı?

– Dəqiq məlumat verilməyib. Mətbuatda gedən yazıları oxumuşam. Əslində bu, müvafiq komitənin iclasından sonra aydınlaşacaq. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə çıxışı zamanı pensiya, maaş və minimum əməkhaqqının artırılacağını bildirmişdi. Buna uyğun olaraq proses baş tutmalı idi. Mövcud məlumatlarda minimum əməkhaqqının 345 manatdan 400 manata qalxdığı qeyd edilir. Ümumiyyətlə, sözügedən məsələlər Prezidentin imzaladığı sərəncamlar əsasında baş tutur. Büdcə müzakirəsində hər zaman qabardılan məsələlərdir.

Həm pensiya, həm də minimum əməkhaqqının artırılmasına ehtiyac var. Çünki bu qərar insanların maaşlarına da təsir edir. Ölkədə inflyasiya, müəyyən qiymət artımı olduğu üçün bu addım atılmalıdır.

– Əslində maaş və pensiyaların artımı başda şad xəbər kimi verilsə də, cəmiyyətdə belə bir qorxu var ki, artım olsa, bahalaşma yaranacaq…

– Elədir. Lakin maaş və əməkhaqlarında qiymət artımının olmasının sözügedən məsələyə aidiyyatı yoxdur. Yəni bu artım olmasa belə qiymətlər hər zaman yüksəlir. Hər ay müəyyən qədər ərzağın və s. qiymətinin artığının şahidi oluruq. Əslində qiymət artımı da iki cür olur: süni, obyektiv. Bu gün daha çox süni qiymət artımının olduğunu görürük. Bunun monitorinqini aparmaq və qarşısını almaq lazımdır ki, süni qiymət artımı olmasın. Yoxsa istənilən qədər maaş, minimum əməkhaqqı və pensiyalar nə qədər artsa da bazarlarda süni qiymətlər bunu həmişə üstələyəcək.

– Sizcə, bir vətəndaş normal yaşayışını təmin etmək üçün minimum nə qədər pensiya, yaxud əməkhaqqı almalıdır?

– Minimum əməkhaqqı azı 400 manat məbləğində olmalıdır. Pensiyalar da müəyyən qaydalar əsasında hesablanıb təyin olunur. Amma hər bir halda pensiyalarda da müəyyən artımlar lazımdır.

– Vahid bəy, uzun müddətdir müharibə veteranlarının müavinətinin 80 manat olması məsələsi gündəmdədir. Bu məbləğin təyin olmasını isə kommunal xərclər və s. ilə əlaqələndirirlər. Hətta sözügedən xərclərin 80 manatdan belə az olduğu bildirilir. Sizin yanaşmanız necədir?

– Doğrudur, çox vacib mövzudur və uzun müddət ətrafında müzakirələr getdi. Milli Məclisdə də bir neçə dəfə bu məsələni qaldırmışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də məsələ ilə bağlı hesabatlar verir. Lakin bu gün həmin məbləğlə kommunal xərcləri ödəmək qətiyyən mümkün deyil. Bu məbləğin də ən az 150 manat təyin olması yaxşı olardı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Noyabr 2024 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri