Icma.az
close
up
RU
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər Bu halda KONKRET

Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər Bu halda KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda orta ömür uzunluğu 72-73 yaş civarındadır. Kişilər üçün bu göstərici 70 yaşdan da aşağıdır. Pensiyaya isə 65 yaşında çıxmaq mümkündür. Bu statistika göstərir ki, insanlar ömürlərinin cəmi bir neçə ilini pensiya ilə “dincəlməklə” keçirə bilirlər. Bu da sağlamlıq, dərman və maddi qayğılar içində davam edir.

Belə vəziyyət sosial siyasətdə hansı boşluqları ortaya çıxarır? Pensiya ilə bağlı əsasən hansı dəyişikliklər zəruridir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov bildirib ki, ölkədə pensiya yaşının artırılması ilə bağlı dəyişikliklər davam edir:

“Bu istiqamətdə həm qadınlar, həm də kişilər üçün pensiya yaşının 65-ə çatdırılması məqsədilə aparılan siyasət qanunvericilikdəki fərqlərin aradan qaldırılmasını və bərabərliyi təmin etməyi hədəfləyir. Təbii ki, bu məsələdə qadınlara daha aşağı yaş nəzərdə tutulurdu. Lakin dünya miqyasında, xüsusilə müxtəlif ölkələrdə həyata keçirilən gender bərabərliyi siyasətinə əsaslanaraq, eyni pensiya yaşı müəyyənləşdirilməsi istiqamətində addımlar atılır. Ölkədə orta ömür uzunluğunun müəyyənləşdirilməsinə gəldikdə, həm statistik rəqəmlər araşdırılmalı, həm də bütün regionlar üzrə ümumi tədqiqatlar aparılmalıdır”.

Ekspert qeyd edib ki, bu sahə üzrə dövlət siyasətini həyata keçirən bir sıra qurumlar mövcuddur:

“Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu birbaşa bununla məşğuldur. Sosial Tədqiqatlar Mərkəzi kimi araşdırma aparmaq səlahiyyətinə malik bir sıra mərkəzlər də var. Bu orqanlar orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı əlaqəni diqqətlə tədqiq etməlidirlər. İki göstərici arasında bir neçə illik fərq olarsa və həmin müddətdə insanlar həm fiziki xəstəliklərlə, həm də digər çətinliklərlə mübarizə aparırlarsa, o zaman pensiya yaşının artırılması ədalətli görünmür. Dünyada bir çox ölkələrdə orta ömür uzunluğu 75-85 yaşa çatıb. Bu dövlətlərdə pensiya yaşının artırılması normal qəbul olunur. Azərbaycanda orta ömür uzunluğu 70-73 yaş arasıdırsa və insanlar 65 yaşında pensiyaya çıxırsa, bu, məsələnin tənzimlənməsini tələb edir”.

Hüquqşünas əlavə edib ki, pensiya illərlə çalışan vətəndaşların əməyinin qarşılığı, dövlətdən aldığı sosial ödənişlərdir:

“Bu ödənişlər insanların əmək fəaliyyətindən sonra istirahət etməsi üçün nəzərdə tutulub. Əgər şəxs pensiya dövrünü xəstəlik və digər sağlamlıq problemləri ilə keçirərsə, bu halda pensiya yaşının artırılması problem yaradacaq, əksinə, azaldılması daha məqsədəuyğun olacaq. Bu baxımdan, məsələnin dəqiqləşdirilməsi üçün müvafiq qurumlar hərəkətə keçməli və konkret faktlarla hökumətə məlumat təqdim etməlidir. Hökumət də bunu nəzərə alaraq, pensiya yaşının 65 olaraq saxlanması və ya artırılması məsələsini qərara ala bilər. Təəccüblü olsa da, bəzi hallarda pensiya yaşının azaldılması zərurətinin yaranması mümkündür. Ölkədə əsas məqsədlərdən biri vətəndaşların həyat şəraitini və sosial rifahını yaxşılaşdırmaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 İyul 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri