Icma.az
close
up
RU
Pensiyalar bu qədər artır: Qazilərin ödənişi isə... Açıqlandı

Pensiyalar bu qədər artır: Qazilərin ödənişi isə... Açıqlandı

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hazırda Milli Məclisdə 2025-ci ilin büdcə layihəsi müzakirə edilir. Bir sıra sahələrdə artımların olacağı açıqlanıb. İndiki şəraitdə belə bir büdcə layihəsinin təqdim edilməsi müsbət haldır. Hazırda dünya iqtisadiyyatında kifayət qədər ciddi problemlər var. Müharibələr və digər amillər iqtisadi proseslərə təsirsiz ötüşmür".

Moderator.az bildirir ki, bunu Teleqraf.com-a iqtisadçı alim, İstiqlalçı deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, büdcə layihəsində yaşayış minimumu, minimum əməkhaqqı, pensiya və müavinətlərin, qazilərin, şəhid ailələrinin ödənişlərinin artırılması ilə bağlı müsbət məqamlar çoxdur:

“Bununla yanaşı minimum pensiya həddinə baxmaq lazımdır. Hazırda ölkədə minimum pensiya 270 manatdır. Artımlarla bu rəqəm 285 manat olacaq”.

İqtisadçı hesab edir ki, qiymətlərin artımı, idxalın qiymət siyasətinə əlavə təsirləri, minimum pensiyanın daha çox artırılması labüddür:

“Müharibə veteranlarına verilən 80 manatın kommunal xərcləri qarşılamaq üçün olduğu deyilirdi. Kommunal xidmətlərin qiymətində dəyişiklər olub. Ona görə də qazilərin ödənişi minimum 150 manat səviyyəsinə qaldırılmalıdır".

Vahid Əhmədova görə, ABŞ-dakı prezident seçkilərindən sonra neftin qiyməti ilə bağlı müəyyən fikirlər irəli sürülür:

“Ona görə də, dövlət büdcəsində qeyri-neft sektorunun inkişafı prioritet olmalıdır. Bu, ölkəmiz üçün əhəmiyyətlidir. 2025-2026-cı illərdə bir sıra problemlər yarana bilər. Əgər, Amerikanın yeni prezidenti Donald Trampın dediyi kimi neftin qiyməti 40-50 dollar səviyyəsinə düşərsə, bu ciddi proseslərə yol açacaq. Belə olan halda ixrac edilən məhsulların strukturuna diqqət yetirilməlidir”.

İstiqlalçı deputat bildirib ki, qısa zamanda Azərbaycanda istehsalı mümkün olan sahələrə diqqət artırılmalıdır:

“Regionlarda iş yerlərinin açılması təmin olunmalıdır. 2025-2026-cı illərdə dövlət büdcəsinin xərc hissəsində ciddi problemlər yarana bilər. Maliyyə naziri Samir Şərifov da müəyyən kəsirlərin olduğunu açıqlayıb. Büdcənin xərc hissəsinə nəzarət mexanizmi gücləndirilməlidir. Hesablama Palatası xərclərin üzərində ciddi nəzarət mexanizmi həyata keçirməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri