Icma.az
close
up
RU
Pentaqon Maskın agentliyi sayəsində 80 milyon dollara qənaət ediləcəyini bildirib

Pentaqon Maskın agentliyi sayəsində 80 milyon dollara qənaət ediləcəyini bildirib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İlon Maskın nəzarət etdiyi ABŞ Hökumətinin Səmərəliliyi İdarəsi (DOGE) Pentaqonun qənaət edə biləcəyi 80 milyon dollar israfçı xərcləri müəyyən edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Şon Parnel bildirib.

"Biz bu ilkin səylər vasitəsilə əsassız sahələrə xərclənən 80 milyon dollara qənaət edə biləcəyimizi gözləyirik", - deyə Pentaqonun sözçüsü "X"də yayımlanan videoda bildirib.

Parnell, DOGE-nin aşkar etdiyi bəzi "lazımsız xərclər" maddələrini qeyd edib. Xüsusilə, o, ABŞ Hərbi Hava Qüvvələrində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) sahəsində "bütöv transformasiya və təlim" proqramına 1,9 milyon dollar xərcləndiyini qeyd edib. Bundan əlavə, Montana Universitetinə "parçalanmaları aradan qaldırmaqla Amerika demokratiyasını gücləndirmək" üçün 6 milyon dollar verildi. Sözçü, həmçinin "Afrikanın Sahel bölgəsində iqlim təhlükələrinə qarşı həssaslığın və dayanıqlığın sosial və institusional sürücülərini öyrənmək" üçün Florida Universitetinə 1,6 milyon dollar maliyyə ayrıldığını qeyd edib.

Parnell sadalanan müqavilələrin şərtlərini və ya onları pozarsa Pentaqonun cəzalarla üzləşib-düşməyəcəyini açıqlamayıb. Eyni zamanda, "Bloomberg" agentliyinin yazdığı kimi, təyin olunmuş xərclərin azaldılması nazirliyin təxminən 850 milyard dollar həcmində olan büdcəsində olduqca cüzi bir məbləğ təşkil edir.

Mask daha əvvəl demişdi ki, Amerika administrasiyası büdcə xərclərini azaltmasa, ABŞ müflis olacaq. Tramp DOGE-ni ABŞ hökumətini daha səmərəli etmək, şişmiş hökumət aparatını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün təsis edib. Amerika lideri qeyd edib ki, departament Ağ Evlə əməkdaşlıq çərçivəsində “kənardan tövsiyə və məsləhətlər verəcək”. Mask ABŞ hökumətinin xərclərini 2 trilyon dollar azaltmağı gözlədiyini bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri