Pentaqondan Rusiyanın Ukraynaya atdığı hipersəsli raketə reaksiya
Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Müdafiə Nazirliyi Rusiyanın yeni hipersəsli "Oreşnik" raketini buraxmasından narahat olduğunu bildirib. Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı açıqlama verib.
"Biz bu vəziyyətdən qətiliklə narahatıq. Hazırda hələ təsir dəyərləndirməmizi tamamlaya bilməmişik, lakin bu, bizim üçün ciddi narahatlıq doğurur," - deyə Sinq qeyd edib.
O əlavə edib ki, ABŞ Rusiyanın "Oreşnik" raketini buraxmasından az əvvəl Rusiya Federasiyasından müvafiq xəbərdarlıq alıb.
Məlumata görə, noyabrın 21-də Rusiya ordusu Dnepropetrovskdakı “Yujmaş” müdafiə zavodunda nüvəsiz hipersəs ballistik "Oreşnik" raketini buraxıb. Prezident Vladimir Putin bu raket sisteminin uğurla sınaqdan keçirildiyini bəyan edib. Onun sözlərinə görə, "Oreşnik" NATO ölkələrinin Rusiyaya qarşı təcavüzkar hərəkətlərinə cavab olaraq döyüş şəraitində sınaqdan keçirilib.
Putinin Ukraynaya "Oreşnik" orta mənzilli raketləri ilə cavab zərbəsi endirilməsi ilə bağlı çıxışı Qərb mediasında geniş müzakirələrə səbəb olub. Britaniyanın "Mirror" qəzeti bu bəyanatı "Üçüncü Dünya müharibəsinə xəbərdarlıq zərbəsi" kimi dəyərləndirib.
"The New York Times" isə bu hücumu "Qərbə təhdid" adlandırıb. Almaniyanın "Der Spiegel" nəşri isə Putinin yeni zərbələrlə Qərbi qorxutmaq cəhdində olduğunu iddia edib.
Mövsüm,
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 22 Noyabr 2024 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















