Peru sahillərində qeyri adi məzarlıq aşkarlandı
News24 saytına istinadən Icma.az xəbər verir.
Peru sahillərində arxeoloqlar qədim Caral sivilizasiyasının yuxarı təbəqələrinə aid ola biləcək 5000 yaşlı qadının qalıqlarını aşkar ediblər.
News24.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Arxeoloq David Palomino agentliyə deyib: "Bu, mühüm dəfndir, çünki yüksək statuslu qadına uyğun elementləri ehtiva edir".
Mütəxəssis cəsədin necə sarıldığını, dərisinin, saçının və dırnaqlarının qorunmasına diqqət çəkib. 20-35 yaşları arasında dünyasını dəyişən qadının cəsədi Amazon macawlarına aid ola biləcək göy və qəhvəyi rəngli lələklərdən ibarət xalatla örtülmüş vəziyyətdə tapılıb. Üstəlik, məzarın ətrafı qurban səbətləri, vazalar, balqabaqlar və tukan dimdiyi ilə əhatə olunub.
Perunun paytaxtı Limadan təxminən 180 kilometr aralıda yerləşən Caral şəhəri Cənubi Amerikanın ən qədim şəhəri hesab olunur. Qədim Misir, Çin və Şumer sivilizasiyaları ilə eyni vaxtda məskunlaşıb./hit.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 27 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















