Peruda dörd min yaşında olan 3D freska tapılıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Perunun Libertad bölgəsində arxeoloqlar üç-dörd min il əvvələ aid unikal barelyef aşkar ediblər.
Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadla xəbər verir.
Peru alimlərinin fikrincə, tapıntı əvvəllər aşkar edilmiş artefaktlar arasında unikaldır.
Məlumata görə, relyef texnikası ilə hazırlanmış freskanın bir tərəfində torlara ilişmiş balıqlar, digər tərəfində ulduzlar və bitkilər də daxil olmaqla simvolik motivlər təsvir olunub.
Nadir relyefinə və mənzərəliliyinə görə tapıntı alimlər tərəfindən "3D freska" adlandırılıb.
Təxminən beş metr uzunluğunda və iki metr enində olan abidə Tanquçe kəndi yaxınlığındakı təpədə tikilinin bünövrəsi olub.







Peruda 3 min əvvələ aid nadir rəngarəng freska tapılıb
29 Avqust 2025 16:34
Peruda beş min illik məzar tapılıb
26 Aprel 2025 04:38
Peruda 39 milyon illik balina fosilləri tapılıb
18 Aprel 2025 23:05
Peruda 9 milyon il yaşı olan köpəkbalığı qalıqları tapılıb AZƏRTAC
21 Yanvar 2025 15:19
Peruda 5000 illik qadın mumiyası müstəsna vəziyyətdə tapılıb
26 Aprel 2025 21:38

