Icma.az
close
up
RU
Peşə təhsili rəqabət mühitinə çevrilib, hamı bu məktəblərə qəbul olmaq istəyir Kamran Əsədov

Peşə təhsili rəqabət mühitinə çevrilib, hamı bu məktəblərə qəbul olmaq istəyir Kamran Əsədov

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Əvvəllər valideynlərin və abituriyentlərin böyük əksəriyyəti yalnız ali məktəblərə qəbul olmağı əsas məqsəd hesab edirdi, peşə məktəblərinə maraq isə çox aşağı idi. Lakin Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində vəziyyət köklü şəkildə dəyişib. Peşə təhsili müəssisələrinin modernləşdirilməsi, infrastrukturun yenilənməsi, əmək bazarının tələblərinə uyğun ixtisasların açılması və məzunların işlə təminatına dair zəmanətlərin verilməsi nəticəsində bu gün peşə məktəblərinə qəbul prosesində yüksək rəqabət formalaşıb".

Bu fikirləri Redaktor.az-a peşə təhsilindən danışan təhsil eksperti Kamran Əsədov bildirdi. Onun sözlərinə görə, 2015-ci ildə peşə məktəblərinə sənəd verənlərin sayı cəmi 6 min nəfər idisə, 2023-cü ildə bu rəqəm artıq 26 min nəfəri keçib:

"Bu isə beş dəfədən çox artım deməkdir. Hazırda ölkədə 130-dan çox peşə təhsili müəssisəsi fəaliyyət göstərir və onların əksəriyyəti son illərdə əsaslı təmir olunub, maddi-texniki bazası yenilənib. Əvvəllər köhnəlmiş binalarda fəaliyyət göstərən peşə məktəbləri bu gün müasir avadanlıqlarla təchiz olunub, tələbələr praktik bilikləri birbaşa istehsalat bazasında qazana bilirlər. Nazirliyin verdiyi məlumata görə, peşə məktəblərinin məzunlarının 80 faizdən çoxu təhsilini bitirdikdən dərhal sonra əmək bazarında işlə təmin olunur. Bu fakt özü göstərir ki, peşə təhsili artıq işsizlikdən qurtulmaq üçün real alternativə çevrilib. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 27-ci maddəsində açıq şəkildə qeyd olunur ki, peşə təhsili dövlətin iqtisadiyyatının inkişafı üçün zəruri olan ixtisaslı kadrların hazırlanmasını təmin etməlidir. Elm və Təhsil Nazirliyinin gördüyü tədbirlər bu maddənin reallaşdırılması istiqamətində mühüm addımlardır. Əgər əvvəllər peşə təhsilinə maraq az idisə, indi artıq eyni ixtisasa çoxsaylı müraciətlərin daxil olması nəticəsində yüksək bal toplayan abituriyent belə kənarda qala bilir. Bu isə yalnız bir şeyi göstərir: peşə təhsili rəqabət mühitinə çevrilib və hamı bu məktəblərə qəbul olmaq istəyir. Bu, təhsil siyasətinin uğur göstəricisidir".

Ekspert əlavə etdi ki, peşə məktəbləri regional inkişafı da dəstəkləyir.

"Bakı ilə yanaşı, regionlarda açılan yeni peşə mərkəzləri gənclərin paytaxta üz tutmasının qarşısını alır, onları yerli istehsalat müəssisələri ilə əməkdaşlıq çərçivəsində işlə təmin edir. Məsələn, Gəncə, Mingəçevir və Sumqayıtda fəaliyyət göstərən müasir peşə mərkəzlərində tələbələr həm oxuyur, həm də paralel olaraq əmək bazarına uyğun bacarıqlar qazanırlar. Bu, həm gənclərin sosial rifahını, həm də ölkə iqtisadiyyatının dayanıqlılığını gücləndirir.

Peşə məktəblərinə marağın kəskin artması, rəqabətin güclənməsi və qəbul mexanizmlərində baldan əlavə digər amillərin nəzərə alınması təhsil sistemində müsbət dəyişikliklərin göstəricisidir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə həyata keçirdiyi siyasəti ilə tərifəlayiqdir, çünki bu gün peşə təhsili nəinki əvvəlkindən fərqli olaraq cəlbedici sahəyə çevrilib, həm də ölkənin iqtisadi inkişafına birbaşa təsir edən dayanıqlı bir sistem kimi formalaşıb. Bu islahatlar göstərir ki, dövlət yalnız ali təhsilə deyil, həm də peşə təhsilinə ciddi önəm verir və bu, gələcəkdə həm gənclərin, həm də ümumilikdə Azərbaycanın inkişafına böyük töhfə olacaq", - deyə Kamran Əsədov vurğuladı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri