Icma.az
close
up
RU
Peşəkar futbol məhəllədən başlayır

Peşəkar futbol məhəllədən başlayır

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan futbolunun inkişafı bu idman növünü sevənlərin hamısının arzusudur. Əlbəttə, SSRİ dağılandan sonra bütün postsovet ölkələrində müşahidə edilən durğunluq Azərbaycanda da çılpaq şəkildə hiss olundu. Yəni müstəqilliyin ilk illərindəki həm iqtisadi, həm siyasi vəziyyət futbolun ikinci yox, beşinci plana keçməsini qaçılmaz etdi. Acı reallıqlar və qeyri-münbit şərait fonunda "idmanın şahı"nın çiçəklənməsi şübhəsiz ki, mümkün deyildi. SSRİ dövründə futbolçu kimi yetişənlər - nazim süleymanovlar, yunis hüseynovlar, arif əsədovlar, vidadi rzayevlər, tərlan əhmədovlar karyeralarını bitirəndən sonra isə vəziyyət daha acınacaqlı şəkil aldı. Şəraitsizlik və ciddi maliyyə çatışmazlığının yaratdığı nəsillərarası boşluq futbolsevərləri qorxunc gerçəkliklə üz-üzə qoydu. İstər Azərbaycan millisinin, istərsə də klublarımızın yeni əsrin ilk 10 ilində heç nə ilə yadda qalmadığı, ardıcıl yenilgilərlə azarkeşlərini üzdüyü faktdır... Şübhəsiz, sonradan futbola göstərilən dövlət qayğısı sayəsində infrastruktur və maliyyə çatışmazlığı aradan qaldırıldı. Artıq Azərbaycan klubları üçün avrokubokların qrup mərhələləri də şirin xəyal sayılmır. "Neftçi", "Qəbələ", "Qarabağ" kimi komandaları Avropa Liqasının qrupunda görmüşüksə, Ağdam təmsilçisi Çempionlar Liqasının da qrupunda mübarizə aparmaq şərəfinə nail olub. Bu gün sabit maliyyəsi olan ən azı 5-6 yerli klubun formatı dəyişmiş qitəmiqyaslı yarışların Liqa mərhələlərində oynamaq planı qurmaları heç də dəryada balıq sevdası sayılmır. Bu başqa məsələ ki, idarəçilik və ayrı-ayrı fərdlərin futbol mentaliteti ilə bağlı çatışmazlıqlar da Azərbaycan təmsilçilərinin "Qarabağ"ın getdiyi yolla addımlamasına əngəl yaradır. Təbii ki, hazırda ölkə futbolunda bütün istiqamətlərdə problemlər var və bu problemlərin həlli yolunda ciddi işlər görülməsi nəzərdə tutulub. Əsas məqsədlərdən biri isə təbii ki, yerli futbolçu resurslarını yaxşılaşdırılması, qənaətbəxş səviyyəyə çatdırılmasıdır. Peşəkar futbol öz yerində, bu idman növünün kütləviləşməsi baxımından həvəskar futbolun inkişaf etdirilməsi də hava və su qədər önəmlidir. Hətta küçə futbolunda sıçrayışa nail olmadan qarşıya qoyulan məqsədlərə çatmaq qeyri-mümkündür.

Region Liqası ilə kifayətlənmək olmaz

AFFA Region Liqası həqiqətən effektli layihədir. Bu çempionatın bütün bölgələri əhatə etməsi, gələcəkdə bir qədər də genişləndirilməsi qarşıya qoyulan məqsədlərdəndir. Lakin yalnız Regional Liqa ilə kifayətlənmək də olmaz. Futbol küçədən başlayır. Məhəllə futbolu oynamayan uşağın böyüyəndə peşəkar oyunçuya çevrilmək şansı demək olar ki, yoxdur. Dözümlülük, iradə, təməl texnika, koordinasiya kimi önəmli keyfiyyətlər məhz küçə futbolunda qazanılır. Doğrudur, müxtəlif futbol məktəbləri, akademiyalar da mövcuddur. Amma bütün bunlar ikinci mərhələ statusu ilə dəyərləndirilməlidir. Yəni Region Liqasında mübarizə aparan hansısa kollektivə qoşulmaq istəyən 17-18 yaşlı gənc bunadək küçə futbolu görməlidir. Lap hansısa akademiyanın digərlərindən geri qaldığı üçün uzaqlaşdırdığı yeniyetmə də belə desək, futbolun daşını atmamalıdır. Onun özünü sübut etmək üçün daha bir şansı olmalıdır.

Mütəxəssis nə deyir? 

Məsələyə münasibət öyrənmək üçün Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxladıq. Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Futbolun inkişafı üçün lazımlı olan bir beçə amil var. Onlardan biri infrastruktur, biri maariflənmədir, o biri kütləvilikdir. Kütləviliyin əsasını isə həvəskar futbol təşkil edir. Bu o deməkdir ki, həvəskar futbol hansı ölkədə daha yaxşıdırsa, o ölkədə inkişaf ehtimalı böyükdür. Məsələn, Almaniyada ümumulikdə futbolla məşğul olan 10 milyondan artıq insan var. Bu, Azərbaycanın əhalisinin sayı qədərdir. 

Bizdə də futbolu sevirlər. Yəni bu idman növü ölkəmizdə olduqca populyardır. Şərait baxımından da vəziyyət acınacaqlı deyil. Yəni insanlar pul qarşılığında oynamağa yer tapırlar. Regionlarımızı dəqiq deyə bilmərəm, amma Bakıda həvəskar futbolla məşğul olanlar tutaq ki, "AzFar"ın tikdirdiyi məkanlarda normal şəkildə futbol oynaya bilirlər. Ancaq təbii ki, bununla kifayətlənmək olmaz. İmkanı olan, ödənişli meydanlardan istifadə etməyə hər hansı çətinlik çəkməyən insanların futbolla məşğul olması ilə iş bitmir. Hamı üçün əlçatan olması vacibdir.

Küçə futbolu ilə bağlı problemlərimiz çoxdur. Bakıda pul ödəmədən futbol oynamağa yer tapa bilməzsən. Bu məqam uşaqların havayı futbol oynamasına maneə yaradır. Məncə, çıxış yolu var. Məktəblərdə layihələr təşkil etmək, uşaqları həvəsləndirmək olar. Bir yox, bir neçə layihə hazırlanmalı, uşaqlar futbola cəlb edilməlidir. Məsələn, bildiyiniz kimi, AFFA-nın UEFA-nın “HatTrick” proqramı çərçivəsində “Məktəblərdə Futbol Dərsi” layihəsi var. Bunu geniş şəkildə həyata keçirməyə yalnız yerli assosiasiyanın maliyyə imkanları çatmır, lakin bir neçə məktəbdə tətbiq olunub. Şagirdlərin idman dərslərində futbol oynaması müsbət haldır. Hamımız bilirik ki, təməl texnika, koordinasiya küçə futbolunda formalaşır. Yalnız akademiyalarda həftədə 3 dəfə futbola gedən uşağın futbolçu olmaq ehtimalı çox azdır. Ümumiyyətlə belə nümunə yoxdur. İndiyədək küçə futbolu oynamayan uşağın böyüyüb peşəkar futbolçu olduğunu görməmişəm".  

Son söz əvəzi

Bir halda ki, küçə futbolunun inkişaf etdirilməsi bu dərəcədə vacibdir, deməli, AFFA bu istiqamətdə də yeni strategiya müəyyənləşdirməli, mümkün versiyaların hamısı nəzərdən keçirilməlidir. Yalnız Bakıda deyil, bölgələrdə də əhalinin, daha çox uşaq və yeniyetmələrin meydanlardan əlavə çətinliklərlə üzləşmədən istifadəsinə şərait yaradılmalıdır. Bəlli məsələdir ki, bu işdə yalnız bəzi mətbuat nümayəndələri və milli assosiasiya deyil, bütün futbol ictimaiyyəti maraqlı olmalıdır. Peşəkar futbol topla küçədə təmasdan, məhəllədən başlayır. Başlamaq zamanıdır!

Nihat Ağasoy 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri