Peskov Ermənistanı Aİİ və ya Aİ də iştirakla bağlı seçim etməyə çağırıb
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rusiya Ermənistanın suveren hüququna hörmət edir, lakin eyni zamanda İrəvan Avrasiya İqtisadi İttifaqında (Aİİ) və ya Avropa İttifaqında (Aİ) iştirakına dair seçim etməlidir. Çünki bu birliklərin standartları bir-biri ilə uyğun gəlmir”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz Ermənistanın bütün suveren hüquqlarına hörmətlə yanaşırıq. Lakin Ermənistan Aİİ-nin inteqrasiya prosesinin iştirakçısıdır və digər standartlara tədricən istiqamətlənmə müxtəlif sahələrdə Aİİ-nin standartları ilə uzlaşmayacaq”, – Kreml rəsmisi deyib.
Peskov qeyd edib ki, Rusiya “seçim etməyin çox vacib olduğunu” deyərkən məhz bunu nəzərdə tutur:
“Çox vacibdir ki, Aİİ-yə üzv ölkələrdən biri hamımız üçün mühüm olan bu inteqrasiya birliyinin qaydaları, normativləri və prinsipləri ilə ziddiyyət təşkil etməsin”, - Peskov vurğulayıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 24 Sentyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















