Pezeşkian: “ABŞ İranın səsinin eşidilməsindən qorxur”
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək üçün Nyu-Yorka yola düşüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Pezeşkian səfər öncəsi hava limanında jurnalistlərə açıqlama verib.
BMT-nin "Etimadı yenidən bərpa etmək” şüarına toxunan Pezeşkian bildirib ki, etimadın bərpasından danışmaq üçün ilk növbədə insan hüquqları və beynəlxalq çərçivələrə əməl olunmalıdır.
"Etimad, onların bəhs etdiyi insan hüquqları və bir çox beynəlxalq çərçivənin gözardı edilməsi kimi mövcud olmayan bir şeydir”, – deyə o bildirib.
Pezeşkian BMT kürsüsündə İrana qarşı həyata keçirilən hücumlar və İran xalqının "haqlı mövqeyi” barədə danışacağını deyib. O, "düşmənin” hələ də başda Fələstin və Suriya olmaqla müxtəlif ərazilərdə hücumlarını davam etdirdiyini iddia edib.
İran Prezidenti ABŞ-ın İranın mətbuat heyətinə viza verməməsi məsələsinə də toxunub. O, ABŞ-ın törətdiyi "cinayətlərin” eşidilməsindən qorxduğu üçün iranlı jurnalistlərə viza verilmədiyini iddia edib. Pezeşkian ölkəsinin mövqeyini Nyu-Yorkda fəaliyyət göstərən beynəlxalq media vasitəsilə çatdıracağını bildirib.
Pezeşkian, həmçinin ABŞ və İsrailin müharibə yolu ilə İranı təslim edə bilmədiyini deyib. Onun sözlərinə görə, sözügedən ölkələr bu məqsədə quru və dəniz blokadaları, media vasitələri və İranın zəif tərəflərindən istifadə etməklə nail olmağa çalışırlar.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 22 Sentyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















