Pezeşkian Azərbaycana səfərdən öncə: ECO sammiti əməkdaşlıq sahələri yaratmaq imkanı qazandırır
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin liderlərinin iclasına yola düşməzdən əvvəl açıqlama ilə çıxış edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən məlumat yayıb.
"Bu səfər İran, Türkiyə və Pakistan arasında üçtərəfli əlaqələr çərçivəsində müəyyən edilib və 10 ölkə arasında regional əməkdaşlıqda ilk addım sayılır", - deyə M.Pezeşkian qeyd edib.
Onun sözlərinə görə, bölgə ölkələri arasında koordinasiya və əməkdaşlıq artdıqca, düşmənlərin sabitliyi pozmaq hərisliyi də azalacaq.
M.Pezeşkian qeyd edib ki, sammit iqtisadi, sosial və siyasi məsələlər ətrafında fikir mübadiləsi aparmaq, habelə regional maraqlara uyğun birgə əməkdaşlıq sahələri yaratmaq imkanı qazandırır.
Baxış sayı:89
Bu xəbər 04 İyul 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















