Pezeşkian xalqa müraciət etdi: İki dərəcə... VİDEO
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
İran Prezidenti Məsud Pezeşkian xalqa səslənərək, soyuq günlərdə bütün ölkəyə yanacaq verilişinin davam etdirilməsinə kömək üçün əhalini evlərdəki havanın temperaturunu iki dərəcə aşağı salmağa çağırıb.
Globalinfo.az bildirir ki, “Azad İran” “Telegram” kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.
M.Pezeşkian etiraf edib ki, İranda yanacağın keyfiyyəti aşağıdır, bu isə havanın çirklənməsi və cəmiyyətin sağlamlığına zərər vurur.
“Ölkə əhalisindən xahiş edirik ki, daha çox yanacağa qənaət etmək üçün evlərdə istiliyi ən azı 2 dərəcə aşağı salın ki, bu soyuq aylarda vətəndaşları yanacaqla təmin edə bilək. Bu məsələdə anlayışlarına görə insanlara təşəkkür edirik”, – deyə M.Pezeşkian əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















