Icma.az
close
up
RU
Pezeşkianın Azərbaycan dilində danışması minlərlə güney azərbaycanlı fədainin ödədiyi bədəlin nəticəsidir

Pezeşkianın Azərbaycan dilində danışması minlərlə güney azərbaycanlı fədainin ödədiyi bədəlin nəticəsidir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il İran prezidenti İbrahim Rəisinin faciəli şəkildə ölümündən sonra İranda azərbaycanlı Məsud Pezeşkian prezident seçildi. Pezeşkian Azərbaycan dilində danışır və bir çox islahatlar həyata keçirəcəyini qeyd edirdi. Ancaq aradan alar keçsə də, Pezeşkian söz verdiklərini həyata keçirə bilmir. Prezident sadəcə kimiyini qoruya bilir və Azərbaycan dilində danışır.

Güneyli fəal Mehsa Mehdili Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran hökuməti, Tehran dövləti, yəni İran siyasi sistemi şovenist bir sistemdir və bu şovenizmin təməllərindən biri də qəsdli şəkildə Azərbaycan və Azərbaycan türklərinə düşmənlikdir.

Mehsa Mehdili

“1925-ci ildən sistematik bir şəkildə cənubi Azərbaycan bölgəsi həm iqtisadi, həm mədəni, həm də siyasi olaraq hər tərəfli şəkildə hücum altındadır. Tehran dövləti sistematik olaraq, bütün imkanlarından istifadə edir ki, bu bölgəni hər tərəfdən həm assimliyasiyaya uğratsın, həm də iqtisadi baxımdan məhv etsin. Unutmayaq ki, şovinizmə qarşı bir “özünü külündən yaratma” hərəkəti də var. Cənubi Azərbaycan Milli Hərəkatı var ki, bunun kökləri elə olduğundan bəri şovinizmə qarşıdır. Bu, həm də Azərbaycan və Azərbaycanın varlığını qorumaq cəbhəsidir. Bu hərəkat yeri gəldiyi zaman meydanda, yeri gəldiyində siyasi-iqtisadi və mədəni meydanda bu şovenizmə qarşı bəzən savaşıb, bəzən özünü qorumağa çalışıb. Və bu gün biz görürük ki, 100 ildir Tehran dövlətinin bütün sistematik olaraq güclərini toplayıb, Azərbaycan kimliyini və "Vətən" anlayışını almaq üçün, mədəni olaraq bizi məhv etmək üçün nə qədər səy göstərsə də, planları suya düşüb”-deyə Mehsa Mehdili qeyd edib.

Mehsa Mehdili bildirib ki, Tehran rejimi Məsud Pezeşkianı bir "kart" kimi istifadə edib.

“Məsud Pezeşkianın yaxşı,təmiz bir keçmişi vardı. Qəbul edilən bir şəxsiyyət idi. Çünki onun kirli keçmişi yox idi. Siyasi, iqtisadi sahədə rüşvətə qarışmayıb. Yəni təmiz bir insandır. Tehran rejimi onu öz vəziyyətini qurtarmaq üçün istifadə etdi. Tehran rejimi həmin dövrdə çox çətin vəziyyətdə idi. Bu gün unutmayaq ki, Məsud Pezeşkian bu rejimin təmsilçisidir. Pezeşkian həqiqətən mənim üçün bir siyasi fenomendir. Çünki bu günə kimi heç bir azərbaycanlı bu məqama gəlməyib. Amma gəlsə də, yəni tutaq ki, alt məqamlarda belə olsa, kimliyini inkar edən, assimliyasiyaya uğrayan öz dilini danışmaqdan və kimliyini açıqlamaqdan utananlar olub. Biz bu günə qədər üst rütbələrdə, heç bir zaman bir azərbaycanlı görməmişik”-deyən Mehsa Mehdili qeyd edib ki, Məsud Pezeşkian azərbaycanlı olduğunu deyib və uşaqları ilə Azərbaycan türkcəsində danışmağını vurğulayıb.

“Məsud Pezeşkian hər zaman olduğu kimi kimliyini qoruyan bir insandır ki, bu da İranda çox nadir haldır. İranda milyonlarla azərbaycanlı yaşayır. Tehranda onlar o qədər assimliyasiyaya uğramışdılar ki, illərlə onlar kimliklərini belə açıqlaya bilmirdilər. Düşünün ki, belə bir ortamda çıxan biri prezident olur və deyir ki, “mən azərbaycanlıyam” və lazım olduğu hər yerdə Azərbaycan türkcəsində danışır”-deyə siyasi şərhçi vurğulayıb.

Mehsa Mehdili qeyd edib ki, İran siyasi sistemində prezidentin səlahiyyəti yoxdur. Yəni prezident rəhbərin əmrlərini yerinə yetirən, tətbiq edən şəxsdir və onun siyasəti müəyyən etməkdə bir səlahiyyəti yoxdur, heç bir zaman olmayıb. Mehsa Mehdilinin fikrincə, belə bir məqamda Məsud Pezeşkianın belə çıxışlar etməsi, siyasi olaraq çox önəmli bir duruş sərgiləyir və böyük bir özgüvən verir.

“Mən Pezeşkianın özünü sevirəm, prezident olduğu üçün deyil. Onun Azərbaycan türkcəsində danışması belə, Güney Azərbaycan Milli hərəkatında minlərlə fədainin ödədiyi bədəlin bir nəticəsidir”-deyə Mehsa Mehdili bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri