Icma.az
close
up
RU
Pezeşkianın Azərbaycana səfərində gündəm kifayət qədər zəngin olacaq ANALİZ

Pezeşkianın Azərbaycana səfərində gündəm kifayət qədər zəngin olacaq ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

Səfərin bu ay reallaşacağı ehtimal edilir.

Qeyd edək ki, bu, M.Pezeşkianın İran Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.   

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İrana səfəri zamanı Məsud Pezeşkianla görüşüb. H.Hacıyev görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəsinə səfərə dəvətini İran Prezidentinə çatdırıb.


Politoloq Elçin Mirzəbəyli "Sherg.az"a bildirib ki, Məsud Pezeşkianın İran prezidenti vəzifəsində Azərbaycana ilk səfəri və bu səfərin İran üçün olduqca mürəkkəb və həssas bir zaman kəsiyində gerçəkləşməsi, şübhəsiz ki, dünyanın diqqət mərkəzində olacaq:


"Amma bu səfərin ikitərəfli münasibətlərə böyük töhfə verəcəyini öncədən söyləmək çox çətindir. Çünki İran İslam Respublikasında, hazırda bütün real idarəçilik mexanizmləri Ali Dini Rəhbərin, daha dəqiq desək, SEPAH-ın nəzarətindədir. Prezidentin səlahiyyətləri dövlətlərarası münasibətlərdə həlledici qərarların qəbul edilməsinə imkan vermir.

Donald Trampın, hüquqi baxımdan, İran İslam Respublikasının dövlət başçısı sayılan Məsud Pezeşkiana deyil, dini rəhbər Xameneyiyə məktub ünvanlaması da, əslində bu reallıqların Ağ Ev tərəfindən nəzərə alınmasından qaynaqlanır. Baxmayaraq ki, Məsud Pezeşkianın seçki vədlərinin ən əhəmiyyətli hissəsini ölkənin izolyasiyadan çıxarılması və Vaşinqtonla birbaşa danışıqlara başlanılması təşkil edirdi, Donald Tramp İranın şərti islahatçı prezidentinə belə bir şans tanımadı və mesajlarını real hakimiyyətə çatdırmağa üstünlük verdi".


Politoloq əlavə edib ki, Məsud Pezeşkian Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub:

"Məhabad Urmudan (Urmiyə) təxminən 100 kilometr cənubda yerləşir və İranın mövcud dini-siyasi rejiminin Azərbaycan türklərinə qarşı yürütdüyü assimilyasiya siyasəti nəticəsində Məhabadın əhalisinin tərkibi etnik kürdlərin hesabına dəyişdirilib. Hətta kürd əhalisi Məhabadı “İran Kürdüstanı”nın “paytaxtı” hesab edir. Bu məqamları diqqətə çatdırmağımın, əsas səbəbi, hazırda kürdlərin üstünlük təşkil etdiyi Məhabadda doğulmuş Azərbaycan türkü olan, fikirlərini türk və kürd dillərində yüksək səviyyədə ifadə etməyi bacaran Pezeşkianın öncə seçkiyə buraxılması, sonra isə prezident seçilməsinə İranın mövcud de-fakto idarəçilik sistemi tərəfindən imkan verilməsi ilə bağldır. Hazırda hakimiyyətə olan və məzhəbçi ideologiya ilə niqablanmış dini-siyasi rejimin ən böyük narahatlıqlarından biri ölkənin ən böyük xalqı olan Azərbaycan türklərinin milli oyanış prosesi və yarana biləcək etnik qarşıdurmanın İranı daxili qarşıdurmaya sürükləyəcəyi pespektivi ilə bağlıdır. İranın de-fakto idarəçilik sistemi süni şəkildə türk-kürd qarşıdurması yaratmaqla, rejimə qarşı olan etiraz enerjisini etnik zəmində idarəolunan süni prosesə istiqamətləndirə bilər. Lakin bu prosesdən xarici maraqların faydalanması ehtimalı da az deyil. Zənnimcə, hazırda Urmuda baş verənlər etnik zəmində baş verə və parçalanmaya səbəb ola biləcək qarşıdurmaların imitasiyasıdır".


Elçin Mirzəbəyli vurğulayıb ki, Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində aparılacaq müzakirələrin mövzularına gəldikdə isə, gündəmin kifayət qədər zəngin olacağı gözləniləndir:

"İranın xarici işlər nazirinin bir müddət öncə Ermənistan adlıölkəni təmsil edən həmkarı Ararat Mirzoyanla görüş zamanı səsləndirdiyi fikirlər, zənnimcə səfər zamanı ciddi razılaşmaların əldə olunacağına ümid yaratmır. Heç mövcud geosiyasi reallıqlar da razılaşmalar üçün əlverişli sayıla bilməz. Çox güman ki, bu günədək olan razılaşmaların həyata keçirilməsi ilə bağlı bir sıra sənədlər imzalansın və açıqlamalar verilsin. Lakin hazırda dünyanın gündəmi o qədər intensiv dəyişir ki, nəinki bir gün, heç bir saat sonra nəyin baş verəcəyini dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri