Pezeşkianın bu görüntüləri gündəm oldu Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə keçirilən rəsmi tədbir maraqlı anlara səhnə olub.
“Qafqazinfo” xəbər verir ki, görüş çərçivəsində təşkil edilən simvolik ağacəkmə mərasimində İran Prezidenti prosesə gözləniləndən daha ciddi yanaşıb.
Məlumata görə, dünya liderlərinin əksəriyyəti belə tədbirlərdə sadəcə ağacın əkilməsi üçün torpaq ataraq mərasimi tamamlayır. Lakin İran Prezidenti proseslə kifayətlənməyərək, ağacın tam şəkildə əkilib bərkidilməsinə qədər işi davam etdirib.
Şahbaz Şərifin isə bu vaxt İran Prezidentinin çiyninə toxunaraq, ondan dayanmasını istəyib, lakin Pezeşkian israrlı şəkildə işini davam etdirib.
Hadisə tədbirdə olan digər iştirakçılar arasında da təbəssümlə qarşılanıb, sosial şəbəkələrdə isə günün ən çox müzakirə edilən videolarından biri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 25 İyun 2026 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















