Icma.az
close
up
RU
Pezeşkianın oğlu Bakıya səfərindən yazdı: "Türk dilinin yayılması..."

Pezeşkianın oğlu Bakıya səfərindən yazdı: "Türk dilinin yayılması..."

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


İran prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi 28 aprel tarixli səfər yerli və xarici mediada hələ də müzakirə olunmaqdadır. Xatırladaq ki, Azərbaycanda rəsmi səfəri zamanı Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.

Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun böyük oğlu Yusif Pezeşkian da olub.

Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian hazırda İran Prezident Administrasiyası rəhbərinin media üzrə müşaviri və köməkçisi vəzifəsində çalışır. O, həmin vəzifəyə ötən ilin noyabrında təyin olunub. Y.Pezeşkianı bu vəzifəyə Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi təyin edib.

Bakupost.az xəbər verir ki, modern.az-ın məlumatına görə, Yusif Pezeşkian səfərlə bağlı təəssüratlarını bölüşüb.

O, İranda türk dilində təhsil məsələsinə də toxunub. "Bacımla otaqda oturmuşduq, iclasın bitməsini gözləyirdik. "Divanlar" adlı bir proqramda halıma uyğun bir türk şeiri axtarırdım. Bir qədər Əliağa Vahid, Sahib Təbrizi və Füzulinin şeirləri arasında dolaşdım. "Divanlar" proqramı əhatəlilik baxımından misilsizdir, amma imkanları çox məhduddur. Bu proqramın üstünlüyü ondadır ki, tanıdığım bütün Azərbaycan türkcəsində yazan şairlərin şeirlərini özündə cəmləmişdi. Proqramı Zəhraya (bacıma) göstərdim. Axtardıq ki, o da öz telefonuna yükləsin, amma tapa bilmədik. Proqram "Play Store" və "App Store"dan silinmişdi.

Fikrim türk dilində təhsil tələbinə yönəlir. Özümə sual verirəm: əgər böyük türkdilli şairlər olmasaydı, əgər türk musiqisi, mərsiyələri, laylaları, nəğmələri və atalar sözləri olmasaydı, bu dilin məktəblərdə öyrədilməsinin nə faydası olardı? Bir dilin canlılığı, o dilin zəminində yaranan əsərlərlə mümkündür. Fars dilini fars dili üzrə akademiya qoruyub yaymır. Şairlər, yazıçılar, nağılçılar, müğənnilər, aparıcılar, ssenaristlər, rejissorlar, kinoçular, akademiklər və sənaye adamları bu dilin əsl sahibləri və qoruyucularıdır. Fars dilinin qorunmasını mənfi və məhdudlaşdırıcı üsullarla həyata keçirmək istəyənlər, elə insanları filtrləmə ilə doğru yola yönəltmək istəyənlər kimidirlər – yaxud insanları məcburən hicabla gəzdirmək istəyənlər. Gülməli odur ki, bəzi insanlar geyim azadlığının tərəfdarıdırlar, amma dil azadlığına qarşıdırlar.

Zehnim müasir dünyanın dəyişikliklərinə yönəlir. On il sonra təhsil necə olacaq? Məktəb nə məna daşıyacaq? Biz o gün harada olacağıq? Bəlkə də yaxın gələcəkdə çərçivəsi dağılacaq bir qapıya baxmaq əvəzinə, üzümüzü yeni imkanlara çevirib yeni üfüqlərə baxmağımız daha yaxşı olar. Əgər dilinizi sevirsinizsə, onu düzgün üsullarla dəstəkləyin: elminiz və sənətiniz var? Əsərlər yaradın və dilinizin zənginliyini artırın. Malınız, sərvətiniz var? Sənətkar və alimlərinizi dəstəkləyin. Heç biriniz yoxdursa, əxlaqlı olun ki, mədəniyyət və diliniz haqqında insanların zehnində gözəl bir təsəvvür yaransın.

Türk dilinin yayılmasına yardımın bir yolu da "Divanlar" kimi proqramların maddi və mənəvi dəstəklənməsidir. Bu proqramın başqa bir taleyi ola bilərdi: ona daha çox imkanlar əlavə etmək — axtarış, yadda saxlamamaq, qeydlər aparmaq, hər bir şeir üçün bəstələnmiş musiqiləri tapmaq və s."


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 May 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri