Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Pikassonun arzusu ilə yaranan muzey: Əsərlər özü onun kimliyini anladacaq

Pikassonun arzusu ilə yaranan muzey: Əsərlər özü onun kimliyini anladacaq

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İspaniyada görkəmli rəssam Pablo Pikassoya həsr olunan ümumilikdə altı muzey var. Rəssamın doğulduğu Malaqa şəhərindəki Pikasso Muzeyi ən çox ziyarət edilənlərdən biridir. Hər il muzeyi bir neçə milyon insan ziyarət edir. Malaqaya gəlib Pikasso Muzeyini ziyarət etməmək Əndəlüs bölgəsinə səyahət etməmək kimi bir şeydir. Dahi rəssamın doğma şəhərindəki bu muzey sakinlərin və Pikassonun qohumlarının mübarizəsinin nəticəsində var olub. "Pikasso haqqında heç nə bilmirsinizsə belə, muzeyə getməyə dəyər. Əsərlər özü onun kimliyini anladacaq", - deyə ispanlar vurğulayırlar.

Malaqa və onun sakinləri üçün Pablo Pikasso ilə bağlı hər şey müqəddəsdir. İspanlar həmyerliləri ilə sonsuz qürur duyurlar. 2009-cu ildə "Times" jurnalının keçirdiyi sorğuda Pikasso son 100 ildə yaşamış ən yaxşı rəssam seçilib. Bəlkə də buna görə o, ən çox "oğurlanan" rəssam olaraq qalır. Onun rəsm kolleksiyaları bütün dünyaya səpələnib, lakin kolleksiyasının ən böyüyü vətəni İspaniyadadır. Pikasso həm də dünyanın ən bahalı rəssamıdır. Əsərləri muzeyə rəssamın böyük oğlu Paulun həyat yoldaşı Kristina Ruiz-Pikasso və nəvəsi Bernard Ruiz-Pikasso tərəfindən hədiyyə edilib.

Oxu.Az "Kaspi" qəzetinin həmin ərazidən hazırladığı reportajı təqdim edir:

Pikasso Muzeyinə səfərim görkəmli rəssamın xatirə gününə (8 aprelə) təsadüf etdiyindən sırada turistlərlə bərabər ispanlar da çox idi. Muzeyə giriş üçün uzun növbədə dayanmalı, ya da bileti onlayn əldə etməlisən.

Kral ailəsi muzey üçün sarayından imtina edib

Pablo Pikasso Muzeyi Əndəlüs intibah memarlığının ən mühüm nümunələrindən olan Buenavista sarayında yerləşir. Kral ailəsi muzeyi yaratmaq üçün yəhudi məhəlləsindəki bu gözəl saraydan imtina edib. Bina 1530-cu ildə ovaxtkı Malaqa hökmdarı Dieqo de Cazallanın əmri ilə tikilib. Böyük qülləsi və müşahidə göyərtəsi sayəsində çox ifadəli görünür. 20-ci əsrin əvvəllərində təhsil mərkəzi, Qızıl Xaç xəstəxanası, Təsviri İncəsənət Muzeyi kimi istifadə edilib.

Muzey rəssamın öz istəyi ilə yaradılıb. Onun yaradılması ideyası 1953-cü ildə gündəmə gəlib, amma yalnız 1992-ci ildə - rəssamın mərhum oğlunun həyat yoldaşı Kristina Ruiz-Pikasso Malaqada qayınatasının sərgisini təşkil edəndə bu istiqamətdə danışıqlar başlayıb. Aparılan planlaşdırma və təsdiqlərdən sonra muzey 2003-cü ildə Kral Xuan Karlos və Kraliça Sofiya tərəfindən açılıb.

300 milyon avroluq əsərlər

Muzeyə ekskursiya boyu səyahət dahi rəssamın ilk əsərlərindən tutmuş son nəfəsinə qədər yaradıcılığına səyahətdir. Muzeyin kolleksiyaları ustadın ilk akademik əsərlərdən tutmuş ötən əsrin ortalarının innovativ şedevrlərinə və son illərin yetkin rəsm əsərlərinə qədər geniş bir dövrü əhatə edir. 233 rəsm, heykəltəraşlıq və keramika işləri Pikasso yaradıcılığının sirlərini ziyarətçilərə nəql edir.

Buradakı daimi sərgi "Pikasso sənətinin səkkiz onilliyi" adlanır və məşhur rəssamın 1892-1972-ci illər arasındakı yaradıcılığının müxtəlif dövrlərini mərhələ-mərhələ təqdim edir. Muzey bir növ öz irsini doğma şəhəri ilə bölüşmək arzusunda olan ustadın istəyini yerinə yetirir.

Muzey Pablo Pikassonun vəsiyyətini də yerinə yetirir: "Onun əsərləri doğulduğu yerdə saxlanmalıdır". Ekspertlərin fikrincə, muzeydəki bütün ekspozisiyanın ümumi dəyəri 300 milyon avro təşkil edir. Muzeyin əsas xəzinəsi Pikassonun birinci həyat yoldaşı, rus balerinası Olqa Xoxlovanın portreti hesab olunur.

Qadın mövzusu rəssamın yaradıcılığının əsas xətlərindən olub. Ekspozisiyada nümayiş olunan qadın əsərləri də bunu təsdiqləyir.

Muzeydə rəssamın heykəltəraşıq dəzgahı və qızının əsərləri də nümayiş olunur.

Rəssamın evi ilə tanışlıq imkanı

Turistlər rəssamın muzey binasının yaxınlığındakı evini də ziyarət edirlər. 2009-cu ildə Pikasso Muzeyi rəssamın ev-muzeyi ilə birləşdirilib. Pikassonun Ev Muzeyi (Museo Casa Natal) Mersed meydanında yerləşir. Məhz burada - 15 saylı binada Pablo Ruiz Pikasso 1881-ci il oktyabrın 25-də anadan olub, böyüyüb, ilk şəkillərini çəkib, uğur və uğursuzluqlarını yaşayıb. Muzeydə rəssamın uşaqlığı və ailəsi ilə bağlı xatirələr saxlanılır. Birinci mərtəbədə Pikassonun erkən əsərlərinin kiçik kolleksiyası - keramika, qrafika, rəsmlər yer alıb. İkinci mərtəbədə ata Xose Ruiz Blaskonun yaşayış sahəsi və emalatxanası yerləşir. Muzeydə Pikassonun ailəsinə və özünə məxsus əşyalar, eləcə də fotoşəkillər var.

Binanın yuxarı mərtəbəsində 1988-ci ildə Malaqa meriyası tərəfindən yaradılmış Pablo Pikasso Fondunun (Fundación Picasso) baş ofisi yerləşir. "Ev-muzeyi sizə dahi şəxsiyyətin bütün sirlərini açacaq - onun böyüdüyü, yaratdığı və sadəcə yaşadığı otaqları görəcəksiniz. Burada Pikassonun və ailəsinin şəxsi əşyaları, eləcə də bəzi əsərləri var", - deyə bələdçilər məlumat verir.

Fond rəssamın həyatının son illərini əks etdirən unikal fotoşəkillər kolleksiyasını da nümayiş etdirir.

Ziyarətçilər muzeyin nəşrlərini oxuya və vebsayta baxa bilərlər.

Muzeydə həm də Pikassonun yaradıcılığına həsr olunmuş müvəqqəti sərgilər, təhsil və mədəniyyət tədbirləri təşkil edilir. Daimi sərgi ilə yanaşı, muzey salonlarında müvəqqəti tematik sərgilər də keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 İyun 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see205

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see166

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see155

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see134

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

07 Noyabr 2025 23:49see133

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see132

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see131

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see129

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri