Icma.az
close
up
RU
Pilotlar və bütün ekipaj üzvlərinin qəhrəmanlığı Prezident İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildi DEPUTAT

Pilotlar və bütün ekipaj üzvlərinin qəhrəmanlığı Prezident İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildi DEPUTAT

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Pilotlar və bütün ekipaj üzvlərinin qəhrəmanlığı Prezident İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildi" - DEPUTAT

"Prezident İlham Əliyev Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə jurnalistə Beynəlxalq hava limanında müsahibə verdi. Cənab Prezident hadisəni eşidən kimi dərhal Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakıya qayıtdığını, hava limanında operativ müşavirə keçirdiyini, Dövlət Komissiyasını yaratdığını və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam etdiyini bildirdi. Ezam olunan nümayəndə heyəti ilk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı, yerində müşahidə aparmalı, video və foto materiallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup da Aktau şəhərinə ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Bu hadisədə Qazaxıstan höküməti və Qazaxıstan xalqı Azərbaycanın yanında oldular".

Bunu Sonxeber.az-a danışan deputat Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki hadisə ilə bağlı ilkin versiyalar üzərində iş başladı:

"Əlbəttə, son versiya "qara qutu"lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o video materialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Günahkarlar aydındı və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi".

Deputat vurğulayıb ki, qəzanın təfərrüatları tam araşdırılacaq:

"Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi, maksimum ədalətli olmağa çalışır və ictimaiyyət müntəzəm olaraq bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq.

Sözsüz ki, bu hadisədə bizim pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq, peşəkarlıq və soyuqqanlılıq göstərmişlər. Onlar özləri də qəzadan sağ çıxa bilməyəcəkləri üçün stres vəziyyətində olsalar da, sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün böyük insani davranış göstərmişlər. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva vida mərasimində iştirak etmiş və həlak olanların ailə üzvlərinə başsağlığı vermişdir. Onların qəhrəmanlığı Prezident İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilmişdir. Allah bütün həlak olanlara rəhmət eləsin və sağ qalanlara Allahdan şəfa diləyirik".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 30 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri