Icma.az
close
up
RU
Pinqvinlər də rüsum ödəyəcək?

Pinqvinlər də rüsum ödəyəcək?

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, ABŞ prezidenti tariflərin “iqtisadiyyatın bərpasına kömək etmək və saxtakarlığın qarşısını almaq” üçün tətbiq olunduğunu bildirb. Bundan əlavə, Donald Tramp iqtisadi vəziyyət və ticarət kəsiri ilə əlaqədar ölkədə fövqəladə vəziyyət tətbiq edib.
ABŞ dünyanın ən çox mal idxal edən ölkələri sırasındadır. 2024-cü ilin dekabr ayına olan məlumata görə, ölkə 166 milyard dollarlıq mal ixracı qarşılığında 285 milyard dollarlıq məhsul idxal edib, nəticədə mənfi ticarət balansı -119 milyard dollar olub.
“Bütün bunlar ABŞ-nin istehsalat bazasının dağıdılmasına, istehsal gücünün artırılması üçün stimulların olmamasına, kritik təchizat zəncirlərinin pozulmasına və ölkənin hərbi-sənaye kompleksinin “xarici düşmənlərdən” asılılığına gətirib çıxarıb. Başqa ölkələrin ABŞ-dən öz məqsədləri üçün istifadə etməsinin əleyhinəyəm. Tariflər ədalətli ticarəti təmin etmək, işçiləri qorumaq və ticarət kəsirlərini azaltmaq üçün bir yol olacaq”, - Donald Tramp vurğulayıb.
Onun fikrincə, 2 aprel 2025-ci il “Amerika sənayesinin dirçəliş günü” kimi tarixə düşməlidir.
Ölkələrə qarşı tətbiq olunan rüsumların minimum məbləği 10% təşkil edir. Məsələn, Azərbaycandan, Ukraynadan və Ermənistandan gələn mallar üçün bu hədd nəzərdə tutulub. Lakin bəzi ölkələr üçün əhəmiyyətli tariflər dərəcəsi yüksək olacaq. Siyahıda yer alan ərazilər arasında Avropa İttifaqı (Aİ) da var ki, onlar üçün tarif 20%, Çin üçün isə 34% təşkil edəcək.
Maraqlıdır ki, Tramp administrasiyasının “qərəzli pozucular” adlandırdığı bir sıra ölkələr üçün tariflər hələ də bu ölkələrin Amerika mallarına tətbiq etdiyi rüsumların yarısı qədər olacaq. Belə ki, Ağ Evin dediyinə görə, Çin Amerikadan 67%, ABŞ isə 34% rüsum alacaq. Aİ-nin 39%-lik rüsumu qarşılığında isə Vaşinqton 20% tələb edir. Bununla belə, ekspertlərin fikrincə, xarici ölkələrin rüsumlar sütununda göstərilən rəqəmlər tariflərin faktiki ölçüsünü yoc, daha çox konkret ölkə ilə ixrac və idxalın qeyri-tarazlığını əks etdirir.
Herd və Makdonald adaları kazusu
Gözlənilməz addımlardan biri də Antarktida yaxınlığındakı Herd və Makdonald adalarının sözügedən siyahıda yer alması olub. Ağ Evin sözçüsü bunu onların Avstraliya ərazisi olması ilə əsaslandırıb.
Qeyd edək ki, Hind okeanında yerləşən və yaşayış olmayan bu adalar Avstraliya ərazisidir. Arxipelaq vulkanik mənşəlidir və okeanın ən ucqar quru ərazilərindən biri hesab edili. Adalar Avstraliyadan 3,8 min km məsafədə yerləşir, ən yaxın qitə isə 1,6 min km məsafədə olan Antarktidadır.

Burada insanlar yalnız 19-cu əsrdə daimi yaşayıb və ovla məşğul olublar. İndi adaları yalnız arabir turistlər və ya alimlər ekspedisiyalar üçün ziyarət edirlər. Onların daimi sakinləri quşlar, suitilər, həmçinin müxtəlif növ pinqvinlərdir (kral, qızıl saçlı və s.).
Rusiya niyə siyahıdan kənarda qalıb?
Rusiyanın “tariflər” savaş siyahısına düşməməsi bir çoxlarını təəccübləndirsə də, bunun bir neçə səbəbinin olduğu bildirilir:
- Rusiyadan idxalın kiçik həcmi;
- Rusiyadan ABŞ-yə gələn mallara 35-200% arasında dəyişən artıq mövcud olan tariflər;
- ABŞ üçün strateji əhəmiyyət kəsb edən malların (gübrələr, platin qrupu metalları və reaktiv mühərriklər üçün hissələr) Rusiyadan idxalı.

Lakin Rusiyanın bu məsələdə “qara siyahı”ya salınmamasının son vaxtlar Donald Trampla Vladimir Putin arasında müəyyən razılaşmaların nəticəsi olduğu da istisna deyil.
ABŞ tariflərinə bazarların reaksiyası
Donald Trampın yeni tarifləri açıqlamasından sonra neftin qiyməti təxminən 3% ucuzlaşdı. “Brent” markalı yanacağın fyuçersləri 2,63%, ABŞ-nin “West Texas Intermediate” xam neftinin məzənnəsi isə 2,8% enib.
Rüsumlar, eyni zamanda, qiymətli kağızlar bazarlarında ucuzlaşmaya səbəb olub. Yaponiyanın Nikkei indeksi səkkiz aylıq minimuma, Çin yuanı isə 7 həftənin minimumuna düşüb.
Maraqlıdır ki, ABŞ dollarının da indeksi 0,62% azalaraq, 2024-cü il oktyabrın 9-dan bəri ilk dəfə olaraq 102,724 bənd təşkil edib. Gün ərzində davam edən sürətli eniş nəticəsində 102,024 bəndə bərabər olub. Amerikanın fond indeksləri üçün fyuçers kotirovkalarında isə 2%-dən çox azalma qeydə alınıb.
Dünyanın “tarif” savaşına münasibəti
Tariflər “savaşı” nə ilə nəticələnəcək? ABŞ-nin “güzgü” tarifləri tətbiq etməsi xəbəri beynəlxalq aləmdə geniş rezonans doğurub. reaksiya verdi. Məsələn, Qazaxıstanda əlavə rüsumların tətbiq olunmaması imkanı ilə bağlı ABŞ ilə məsləhətləşmələrə başlamağa təşəbbüs göstəriləcəyini bildiriblər.
“ABŞ-nin daha yüksək tarifləri həm Hollandiya, həm də ABŞ üçün pis xəbərdir. Mən buna dərindən təəssüflənirəm. Hollandiya həmişə ABŞ ilə əməkdaşlıq etmək istəyib. Lakin bərabərhüquqlu tərəfdaşlar kimi. Dialoq ABŞ tariflərinin ləğvinə gətirib çıxarmasa, Aİ bu qərara cavab verəcək”, -Niderland Krallığının Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri xanım Reynet Klever xəbərdarlıq edib.
Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolz, öz növbəsində, bildirb ki, Trampın tarifləri qlobal ticarət nizamına zərbədir və bundan hamı əziyyət çəkəcək. Şolz hökumətində İqtisadiyyat naziri vəzifəsini icra edən Robert Habek isə ABŞ-nin tariflərinin resessiya təhlükəsi yaratdığını iddia edib.
- Vaşinqtonun elan etdiyi tariflər həm Avropa, həm də Amerika iqtisadiyyatına və beynəlxalq ticarətə ziyan vurur. ABŞ istehlakçıları üçün bu gün qurtuluş günü deyil, inflyasiya günü olacaq. Amerikanın tarif maniyası ölkələri tənəzzülə sürükləyə və bütün dünyada zərər verə biləcək bir spiral yarada bilər. Sözsüz ki, bir çox insan üçün pis nəticələnələrlə”, - Habek deyib.
Vyetnamın baş naziri xanım Fam Min Çin artıq təcili reaksiya qrupunun yaradılması barədə göstəriş verib. Qrup biznes ictimaiyyətinin, xüsusən də Amerika bazarına yönəlmiş iri ixrac müəssisələrinin nümayəndələrinin fikirlərini öyrənəcək. Bundan sonra əks tədbirlər tətbiq oluna bilər.
Rüsumalrın sərtləşdirilməsi siyahısında birinci yeri tutan Çin tariflərə qarşı çıxaraq öz maraqlarını qorumaq üçün tədbirlər görüb. Müvafiq açıqlamanı Çin Xarici İşlər nazirliyinin sözçüsü Qo Tszyakun verib: “Qarşılıqlı tədbirlər adı altında Birləşmiş Ştatlar Çin də daxil olmaqla idxal mallarına tariflər tətbiq edib ki, bu da ÜTT normalarını ciddi şəkildə pozur və qaydalara əsaslanan beynəlxalq ticarət sisteminə ziyan vurur”.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Aprel 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see250

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see242

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see193

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see188

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see186

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see183

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see181

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see178

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see177

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see167

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see166

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see166

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see164

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see164

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see163

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see159

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see155

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see153

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see144

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri