Icma.az
close
up
RU
Piqment ləkələrinin 9 ƏSAS SƏBƏBİ. Aralarında təhlükəli xəstəliklər də var!

Piqment ləkələrinin 9 ƏSAS SƏBƏBİ. Aralarında təhlükəli xəstəliklər də var!

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsanın ən böyük orqanı olan dəri çox həssasdır və istənilən daxili və xarici dəyişikliklərə reaksiya verir.

Belə reaksiyalar arasında səpgilərin, ləkələrin əmələ gəlməsi, dərinin rənginin, su-lipid balansının dəyişilməsi, dərinin qaşınması və s. ola bilər. Piqment ləkələri də bu dəyişikliklərin sırasındadır.

Piqment ləkələri əsasən kosmetik defekt kimi qəbul olunsa da bəzən çox ciddi xəstəliklərin ilk simptomlarından biri kimi meydana çıxır.

Sizə piqment ləkələrinin əsas 9 səbəbini təqdim edirik.

1. Ultrabənövşəyi şüalar.

Bu ən yayılmış səbəbdir. Qarşısını almaq üçün xüsusi krem və losyonlardan istifadə edin, kölgədə "zaqar" alın.

2. Kosmetik prosedurlar.

Piqment ləkələrinin əmələ gəlməsinə üz dərisinin müxtəlif apparatlarla təmizləməsi, piling, lazer epilyasiya kimi prosedurlar səbəb ola bilər. Xüsusilə bu prosedurlardan sonra zədələnmiş dəri ultrabənövşəyi şüalanmaya məruz qalarsa. Bu səbəbdən kosmetoloqlar salon prosedurlarını əsasən payız-qış fəsillərində icra etməyi tövsiyə edirlər ki, bu zaman dəri gün şüalarına daha az məruz qalır.

3. Mədə-bağırsaq sistemi xəstəlikləri.

Piqment ləkələri qaraciyər və öd kisəsi xəstəlikləri zamanı tez-tez meydana çıxır.

4. Böyrək xəstəlikləri.

Böyrək xəstəlikləri zamanı dəridə, xüsusilə ovuclarda və ayaqların altında sarı-qəhvəyi rəngdə ləkələr əmələ gəlir. Dəri solğunlaşır və sanki nazilir.

5. Böyrəküstü vəzilərin patologiyaları.

Böyrəküstü vəzilər lazım olan miqdarda hormonları ifraz etmədikdə "Addison xəstəliyi" adlanan autoimmun xəstəlik inkişaf edir. Bu zaman dəridə tünd ləkələr əmələ gəlir və dəri tədricən tünd "zaqar"  rəngi alır. Bundan əlavə insanda ümumi zəiflik, əhvalın dəyişkən olması, arterial təzyiqin tez-tez dəyişilməsi kimi simptomlar meydana gəlir.

6. Vitamin və mineral çatışmazlığı.

C, E, PP kimi vitaminlərin və misin çatışmazlığı dəridə piqment ləkələrinin əmələ gəlməsinə səbəb ola bilər.

7. Bəzi dərmanların qəbulu.

Bəzi dərman preparatları dərinin ultabənövşəyi şüalarına olan həssaslığını artırır ki, nəticədə dəridə piqment ləkələri əmələ gəlir. Bu yanaşı təsir bəzi antibiotiklər, kortikosteroidlər, arterial təzyiqi tənzimləyən preparatlarında mövcuddur.

8. Hormonal pozulma, hamiləlik.

Hamiləlik zamanı orqanizmdə qadın hormonlarının ifrazı artır ki, bu da piqment ləkələrinin əmələ gəlməsinə gətirib çıxardır. Doğuşdan sonra belə ləkələr özü-özündən yox olur.

Qadınlarda hormonal pozulmalar zamanı da piqment ləkələri əmələ gələ bilər.

9. Yaş.

Yaşla bağlı olan dəyişikliklər dərinin strukturuna da təsir edir ki, bu zaman piqment ləkələri daha tez-tez əmələ gəlməyə başlayır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri