Piratlar tankerin azad edilməsi üçün 10 milyon tələb edirlər
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
"Eureka" tankerini ələ keçirən Somali piratları onun azad edilməsi üçün 10 milyon dollar tələb edirlər.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Shabelle Media Network" portalı məlumat yayıb.
Qeyd olunub ki, Toqo bayrağı altında üzən gəmi mayın 2-də Ədən körfəzində BƏƏ-dən dizel yanacağı daşıyarkən ələ keçirilib.
Daha əvvəl bildirilmişdi ki, dəniz quldurları onların azad edilməsi ilə bağlı danışıqların iflasa uğraması fonunda tankerin Misir və Hindistan vətəndaşlarından ibarət heyət üzvlərini öldürməklə hədələyiblər.
Britaniyanın dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən "Ambrey" şirkətinin məlumatına görə, hazırda dəniz quldurlarının nəzarətində ən azı iki tanker və bir quru yük gəmisi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 02 İyul 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















