“Pis oynamadıq, lakin üzərində işləməli olduğumuz məqamlar hələ də çoxdur”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasında doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə çətin qələbəni şərh etdi:
– Çox ağır matç olacağını ehtimal edirdik və gözlədiyimiz kimi də oldu. Bu gün gözəl oyundan daha çox qələbə qazanmaq vacib idi. Pis oynamadıq, lakin üzərində işləməli olduğumuz məqamlar hələ də çoxdur.
– Qələbəyə baxmayaraq, azarkeşlər oyun tərzindən narazıdırlar. İlk turlardakı rəqibləri nəzərə alsaq, nəticə sizi qane edirmi?
– Çempionat uzundur, nəsə danışmaq üçün hələ tezdir. Mövsümün axırında hər şeyə baxarıq.
– Qol epizodu ilə bağlı fikriniz necədir?
– Əvvəlki oyundakı epizodda qol olduğunu hiss etmişdim, ancaq bu dəfə vurulduğunu görmədim, sadəcə videoda gördüm. Hər halda, mən bu işlərə qarışmamağa çalışıram.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Sentyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















