Icma.az
close
up
RU
Piyada gəzərkən qolların hərəkətinə fikir verin, kalori yandırır

Piyada gəzərkən qolların hərəkətinə fikir verin, kalori yandırır

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsandan insana fərq edən sağlıq vəziyyətindən asılı olaraq bir adam həftədə 5 gün orta hesabla 30-60 dəqiqə piyada gəzməlidir. Daimi gəzinti ürək-damar sağlamlığından psixologiyaya qədər bir çox cəhətdən insan sağlamlığının xeyrinədir.

Piyada gəzməyin faydaları nələrdir?
Tribunainfo.az
 TR-yə istinadən bu sualların cavabını təqdim edir:

Damarlarda qan axını və miqdarını artıraraq dövranı yaxşılaşdırır.
Ürək-damar və bəzi serebrovaskulyar xəstəliklər riskini azaldır.
Ürək əzələsi də daxil olmaqla bədən əzələlərini gücləndirir və onların daha effektiv işləməsini təmin edir.
Stress zamanı təzyiqin qalxmasını azaldaraq onu tənzimləyir.
Limfa dövranına kömək edir.
Maddələr mübadiləsini stimullaşdırır, metabolik sürəti artırır, hətta istirahət edərkən belə arıqlamağa imkan verir.
Bağırsaqların işini tənzimləyir. Belə ki, piyada gəzmək həzm sistemini yaxşılaşdırır, qəbizliyin aradan qaldırılmasına kömək olur və həzm sistemi xəstəlikləri azaldır.
Oynaqların və əzələlərin elastikliyini artıraraq bel və boyun ağrılarını aradan qaldırır.
Stressi azaldır.
Yemək istəyini – iştahı idarə etməyə yardımçı olur.
Enerji verir.
Qanda xolesterinin səviyyəsini azaldır.
Şəkər xəstəliyinin qarşısının alınmasına və ya idarə edilməsinə xeyri dəyir.
Döş, prostat və mədə-bağırsaq xərçəng növlərinə qarşı riski azaldır.
İnfarkt və insult kimi xəstəliklər üçün köməkçi reabilitasiya xüsusiyyəti daşıyır.
Yuxu rejimini dəstəkləyir.
Ayaq və omba nahiyəsindəki əzələlərin güclənməsinə kömək edir.
Sümükləri gücləndirdiyi üçün osteoporoz riskini azaldır.
Hər bir sağlam adam piyada gəzə bilir. Ancaq böyrək çatışmazlığı olanlar, ayağı yaralılar və yeni ortopedik əməliyyat keçirənlər həkimə müraciət etmədən yeriməməlidir.  Araşdırmalar göstərib ki, mütəmadi olaraq orta intensivlikdə gəzmək, hərəkət etmək immunitet sistemini gücləndirir, xəstəliklərin tezliyini azaldır və xəstəliyi asan keçirməyə səbəb olur.

Həftədə ən azı 5 gün 30-45 dəqiqə orta və sürətli piyada gəzmək artıq çəki ilə də mübarizəyə töhfə verir. Gəzinti intensivliyi artırılsa, həftəlik ümumi vaxt qısala bilər.

Hər gəzintidən əvvəl və sonra 5-10 dəqiqə ayaq və budun ön və arxa əzələlərinin gərmə hərəkətləri edilməlidir. Bu sadə məşqlər piyada gəzinti zamanı və sonra baş verə biləcək əzələ və oynaq zədələrinin qarşısını almaqda faydalı olur.

Gəzinti zamanı bədənin şəkli önəmlidir. Geri və ya irəli əyilmədən dik yerimək bədənin hər bir hissəsinin bərabər şəkildə hərəkətini təmin edir.

Piyada gəzərkən gücü artırmaq və ayaq hərəkətlərini sabitləşdirmək qolların işidir. Təkcə qolları yelləmək 5-10 kalori yandırır.

Əllər yumruq kimi sıxılmamalıdır ki, qan axını nizamlı olsun. Ayaqları və qolları diaqonal olaraq aydın bucaq altında yelləmək sağlam yeriş üçün vacibdir.

Ayaqqabı seçiminə fikir verin. Uyğun və daban yumşaqlığı düzgün seçilmiş idman ayaqqabıları performansı artırır. Elastik dabanlı və gəzinti üçün uyğun idman ayaqqabılarına üstünlük verilməlidir. Çox böyük və ya dar ayaqqabılardan uzaq durmaq lazımdır. Düzayaq, bel, omba, diz, topuq və ayaqlarda problemlər varsa, ilk növbədə həkim nəzarətindən keçmək və lazım gələrsə, ayaqqabının içərisinə taxılan içliklə yerimək məsləhətdir.

Uzun piyada yolları mütləq idman və ya qaçış ayaqqabısı ilə gəzmək yaxşıdır.

Pambıq materialdan olan rahat geyimlərə üstünlük vermək lazımdır. Gəzinti metabolik olaraq tərləməni artırdığı üçün təri çəkən pambıq paltarlara və ya təri xaric edən xüsusi parçalara üstünlük verilməlidir. Ümumiyyətlə, piyada gəzərkən rahat və hərəkəti məhdudlaşdırmayan geyim seçilməlidir.

Yeməkdən sonra ən azı 2 saat piyada gəzmək faydalıdır. Gəzintidən əvvəl nə çox ac, nə də çox tox olmaq lazım deyil.

Əyri-üyrü, enişli-yoxuşlu ərazilərdə gəzmək diz, omba və bel ağrıları olan adamlarda şikayətlərin artmasına səbəb ola bilər. Ayağı basma problemi olan xəstələr ayaqqabılarında aşağı ətrafın biomexanikasını tənzimləyən, diz, omba və belə bərabər yük paylanmasını təmin edən fərdi içliklər istifadə etməlidir.

Gəzinti tempinin havaya, yerə və fərdin vəziyyətinə uyğun tənzimlənməsi insanı mümkün ortopedik zədələrdən qoruyur. Təhlükəsiz gəzinti üçün məsləhətlər bunlardır:

* Piyadalar üçün nəzərdə tutulmuş və işıqlı yerlərdə gəzmək;

* Qaranlıqda gəzərkən fosforlu geyimlərdən istifadə etmək;

* Gəzinti üçün çox isti və yüksək rütubətli saatlar seçməmək;.

* Günəşdə yanmamaq üçün gündən qoruyan kremlər və s. kimi ehtiyat tədbirləri görmək.

* Piyada gəzərkən maye itkisini nəzərə alaraq bol maye qəbul etmək;

* Gəzintiyə ilk dəqiqələrdə yavaş addımlarla başlamaq, istilənmək, sürətlənmək, sonra yenə tempi aşağı salaraq sərinlənmək lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Aprel 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri