Icma.az
close
up
RU
PKK Azərbaycanda terror təşkilatı kimi tanınıbmı? “Belə bir siyahının olması şərti yoxdur”

PKK Azərbaycanda terror təşkilatı kimi tanınıbmı? “Belə bir siyahının olması şərti yoxdur”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bəzi ölkələr hər hansı bir qurumu “terror təşkilatı” kimi tanıyırsa, bunu açıq şəkildə bəyan etməyi vacib hesab edir. Digərlərində isə yanaşma fərqlidir. Azərbaycanda da dünyada mövcud olan terror təşkilatlarının hansısa birinə münasibətdə tanımanı təsdiq edən rəsmi sənəd, yaxud siyahının mütləq olması ənənəsi yoxdur”.

Bu sözləri "Yeni Sabah"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu cür məsələlərdə hər bir ölkənin öz qanunvericiliyi, təhlükəsizlik konsepsiyası və mövqeyi var:

“Təqribən yarım əsrə yaxın Türkiyə dövlətinin təməllərini sarsıtmağa çalışan terror təşkilatı ilə mübarizənin sona çatması mühüm bir hadisədir. Çünki terror həm iqtisadi, həm də təhlükəsizlik baxımdan Türkiyə dövlətini ciddi şəkildə təhdid edirdi. Ona görə də, Azərbaycan Prezidenti tarixi hadisə kimi qiymətləndirə biləcəyimiz bu bəladan qurtuluş münasibəti ilə qardaş ölkənin prezidentini və xalqını təbrik edib.

Şübhəsiz, Türkiyəni təhdid edən hər hansı bir legitim, yaxud qeyri-legitim subyekt varsa, o Azərbaycanı da təhdid etmiş olur. Çünki iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi hər iki ölkənin təhlükəsizliyi ilə bağlı öhdəlikləri təyin edir.

Azərbaycanın hansısa təşkilatı terrorçu kimi rəsmən tanıması və bununla bağlı hər hansı siyahının olub-olmaması məsələsinə, hər bir ölkənin bu cür məsələlərdə öz qanunvericiliyi, təhlükəsizlik konsepsiyası və mövqeyi var".

H. Babaoğlu diqqətə çatdırıb ki, heç də bütün ölkələrin qanunvericiliyində belə bir siyahının olması şərti yoxdur:

“Bəzi ölkələr hər hansı bir təşkilatı terrorçu kimi tanıyır, yaxud tanımırsa, bunu açıq şəkildə bəyan etməyi vacib hesab edir. Digərlərində isə yanaşma fərqlidir. Yəni terror təşkilatı fəaliyyət göstərir, bu təşkilat, yaxud təşkilatlar müxtəlif beynəlxalq qurumlarda məhz terrorçu kimi tanınır. Amma heç də bütün ölkələrin qanunvericiliyində belə bir siyahının olması şərti yoxdur. Azərbaycanda da dünyada mövcud olan terror təşkilatlarının hansısa birinə münasibətdə onun terror təşkilatı kimi tanınmasını təsdiq edən rəsmi sənəd yaxud siyahının mütləq olması ənənəsi yoxdur”.

Xatırladaq ki, Azərbaycanın müstəqilliyi elan ediləndən bəri Milli Məclis və XİN-də PKK və digər təşkilatların terrorçu kimi tanınması rəsmən elan edilməyib və bununl bağlı hansısa siyasi sənəd qəbul olunmayıb. Bəzi ekspertlər dəfələrlə bu məqamam diqqət çəkərək icraedici və qanunverici orqanları siyasi səhlənkarlıqda ittiamlayıblar.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri