Icma.az
close
up
RU
Pley offa aparan qələbə və çatışmazlıqlar

Pley offa aparan qələbə və çatışmazlıqlar

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” Konfrans Liqasında pley-off mərhələsinə yüksəldi. III təsnifatın birinci matçında Kiyev “Dinamo”suna uduzan “atlılar” cavab görüşündə inamlı qələbə ilə (2:0) adını növbəti mərhələyə yazdırdı.

Oyundan öncə “Qarabağ”ın ilk matçdakı məğlubiyyətinə baxmayaraq, pley-off şansları daha yüksək dəyərləndirilirdi. Komandanın keyfiyyəti, təcrübəsi bunu düşünməyə kifayət qədər əsas verirdi.

Matça da sürətli başlayan “atlılar” erkən qolla arzuladığı ssenariyə start verdi. Qoldan sonra da ardıcıl hücumlar edən “Qarabağ” bəzi epizodlarda kəsərli ola bilmədi. Kiyev klubu birinci hissədə rəqibin cərimə meydançasına yaxınlaşmaqda çətinlik çəkirdi. Yanlış ötürmələr, oyunçuların sürətdə “Qarabağ”a uduzması burda əsas faktorlar idi. Birinci hissədə daha iki qol vurub rəqibin müqavimətini qırmaq olardı, lakin “atlılar” da matçın müəyyən hissəsindən sonra “dayandı”.

Nəticə vacibdir, komanda pley-offa yüksəldi. Lakin “Qarabağ”ın ümumi oyun planında çatışmazlıqlar aşkardır. Futbolçular sanki bir-birini başa düşmür, komanda oyunu oynamaqda çətinlik yaşayırdı. Xüsusilə birinci və ikinci hissənin əvvəlində edilən fərdi səhvlər “Dinamo”ya qol fürəstləri verdi. Bəxtdən kiyevlilər tələsdilər, qapıya dəqiq zərbə endirə bilmədilər. Bəzi epizodlarda isə Zlomisliç etibarlı oynadı.

Qələbə önəmli idi. Xüsusilə komandanın özünəinam qazanmağa ehtiyacı var. Ardıcıl üç oyunda qol vura bilməmək, Avropa Liqasına vida kollektiv üzərində təzyiq yaratmışdı. Qələbə komandanın başı üzərini alan “qara buludlar”ı qismən də olsa çəkəcək. Nə üçün qismən? Çünki indiki məqamda bu mövsüm sərgilənən oyun komandanın ötən mövsümdəki performansına bənzəmir və ciddi pozitiv siqnallar ötürmür.

Növbəti rəqib Niderlandın “Tvente” komandasıdır. Heyətində kifayət qədər sürətli oyunçuların yer aldığı “narıncılar”a qarşı daha yaxşı oynamaq, meydanda daha çox qaçmaq lazım gələcək. Məsələn, “Dinamo” ilə matçda verilən boşluqlar, edilən səhvlər “Tvente”yə qarşı da təkrarlansa, rəqib bunu bağışlamaz. Niderlandlıların hücum xəttində minimum imkanı maksimum yerinə yetirə biləcək potensialda futbolçular var.

“Qarabağ” “Tvente”yə qarşı ilk oyunu 20 avqustda səfərdə, cavab görüşünü isə 27-də Bakıda keçirəcək.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Avqust 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri