Icma.az
close
up
RU
Polad Bülbüloğlu: Mənim ən böyük üç arzumu Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi VİDEO

Polad Bülbüloğlu: Mənim ən böyük üç arzumu Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi VİDEO

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Moskva, 31 yanvar, AZƏRTAC

Mənim ən böyük üç arzum var idi. Bu üç arzumu da hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, diplomat Polad Bülbüloğlu 80 illik yubileyi münasibətilə Moskvada təşkil olunmuş konserti ərəfəsində jurnalistlərə müsahibəsində deyib.

“Təbii ki, çox həyəcanlıyam. Neçə ildən sonra Rusiyanın əsas konsert zalında, Kreml sarayında solo konsert vermək məncə çox vacibdir, önəmlidir. Bilirsiniz ki, müxtəlif hadisələr baş verib. Amma hesab edirəm ki, bu, mədəniyyətə aid deyil. Hər halda mədəniyyət hər zaman öz sözünü deyib. İki ölkə arasında mədəni əlaqələr olub, bu gün də var və bundan sonra da olacaq və olmalıdır”, - deyə o bildirib.

P.Bülbüloğlu Rusiyada Azərbaycan musiqisinə böyük maraq olduğunu vurğulayıb. “Bilirsiniz ki, bu zalda 6 min nəfərlik yer var. Əvvəl bir az tərəddüd edirdim ki, görəsən, adamlar gələcək, ya yox, biletlər satılacaqmı? Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, Rusiyanın ayrı-ayrı şəhərlərindən bugünkü konsertə gəliblər. Çox şadam ki, Azərbaycan musiqisinə, mədəniyyətinə belə bir maraq var”, - sənətkar vurğulayıb.

Bəstəkar və müğənni 80 yaşında ən böyük arzularının həyata keçdiyini də vurğulayıb: “Mənim ən böyük üç arzum var idi. Bu üç arzumu da hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Birincisi, Qarabağın qayıtması, Şuşanın qayıtması, atamın evinin bərpa olunması idi. İkinci arzum isə Xarıbülbül festivalının yenidən canlanması olub. Bir də güllələnmiş abidələrin Şuşaya, aid olduqları yerə qaytarılmasını diləyirdim. Mənim üç belə arzum vardı, bu üç arzu da həyata keçirilib. Ona görə də özümü xoşbəxt adam sayıram ki, bu günləri görmüşəm”.

Polad Bülbüloğlunu təbrik edən dostları bu konsertin musiqi və mədəniyyət baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar Polad Bülbüloğlunun sənətdə və mədəniyyətdə oynadığı əvəzolunmaz roldan, onun musiqisinin müxtəlif nəsillərə təsirindən danışıblar.

Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli Polad Bülbüloğlunun yubiley konsertinin böyük zövqlə təşkil olunduğunu vurğulayıb: “Bu konsert çox böyük diqqət mərkəzindədir. Moskvadakı dostlarımız, sənət adamları bugünkü konserti “tarixi konsert” adlandırırlar. Konsert çox böyük zövqlə təşkil olunub”.

Xalq artisti Yusif Eyvazov Polad Bülbüloğlunun musiqisi ilə neçə-neçə nəsillərin böyüdüyünü bildirib: “Bu musiqi ilə tərbiyə almışıq, çünki Polad Bülbüloğlu sənətinin təbliğ etdiyi dəyərlər əvəzolunmazdır. Ona görə də Polad Bülbüloğlunun bu gün Moskvada keçirilən yubiley konsertində iştirak etmək, konsertdə onun mahnısını ifa etmək mənim üçün böyük şərəfdir”. Xalq artisti Elçin Əzizov Polad Bülbüloğlunu özü üçün örnək hesab etdiyini vurğulayıb: “Çox xoşbəxtəm ki, Polad Bülbüloğlu ilə eyni səhnəni bölüşəcək, onun bəstələdiyi mahnını ifa edəcəyəm. Bu mahnı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Liderin ürəyi” sənədli filmi üçün yazılıb və həmin mahnını ifa etmək mənim üçün ayrıca bir böyük şərəfdir”.

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Polad Bülbüloğlunu özünün yaxın dostu adlandırıb. “Polad Bülbüloğlu adı təkcə Azərbaycan üçün deyil, bütün Sovet İttifaqı üçün dəyərlidir. Çünki Polad bütün respublikalarda sevilib, onun musiqisi və mahnıları bizim ortaq tariximizin bir parçasına çevrilib. Ancaq mən bu gün Polad haqqında bir dost kimi danışmaq istəyirəm. Elə bir şey var ki, onu ölçmək mümkün deyil – bu, dostluqdur. Mən düşünürəm ki, əgər dostluğu ölçmək mümkün olsaydı, onun meyarı Polad olardı. “Polad” sözü təkcə bir ad deyil, əsl dostluğun, sədaqətin və xalqlarımızın sarsılmaz birliyinin simvoludur”.

Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy vurğulayıb ki, Polad Bülbüloğlu Azərbaycan incəsənətinin parlaq nümayəndəsidir. “Polad böyük musiqi mədəniyyətinin cazibə mərkəzi idi. Polad Bülbüloğlu hər zaman möhtəşəm müğənni olub, bu gün də elədir”.

Xalq artisti Dinara Əliyeva Polad Bülbüloğlu kimi şəxsiyyətlərin yüz ildə bir dəfə dünyaya gəldiyini bildirib: “O, mədəniyyət və incəsənət sahəsində silinməz iz qoyub, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük töhfələr verib. Biz onu çox sevirik. Mən çox şadam ki, biz onun 80 illik yubileyini qeyd edirik. Polad müəllimə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və ilham arzulayıram”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri