Icma.az
close
up
RU
Polat Alemdarın qızı FOTOLAR

Polat Alemdarın qızı FOTOLAR

Icma.az, News24 portalına istinadən məlumat verir.

Kino dünyasına damğa vuran məşhur "Kurtlar Vadisi Pusu" serialı təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük izləyici kütləsinə sahib olmuşdu. Serialın təqdim etdiyi siyasi intriqalar, mafiya münasibətləri, dərin dövlət anlayışı tamaşaçılar üçün həm maraqlı, həm də düşündürücü idi.

“Kurtlar Vadisi Pusu”nın uğurunun əsas səbəblərindən biri də real həyatda baş verən siyasi və sosial hadisələrlə paralellər qurması idi.

"Kurtlar Vadisi Pusu" yaddaşımızda sadəcə bir televiziya serialı kimi yox, həm də müəyyən bir dövrün ruhunu əks etdirən fenomen kimi qaldı. Onun qəhrəmanları, mesajları və atmosferi illər keçsə də, tamaşaçının xatirəsindən silinməyib.

News24.az xəbər verir ki, “modern.az”ın “Məşhur filmin unudulmaz qəhrəmanı” adlı rubrikasında maraqlı filmlərdən yadda qalmış qəhrəmanların kim olduğu barədə qısa məlumat verir, onların keçmiş və indiki görüntüsünü şəkillərlə təqdim edir.

Bu yazımızda qısa olaraq "Kurtlar Vadisi Pusu"da baş qəhrəman Polat Alemdarın qızı Elif Alemdar obrazını canlandırmış aktrisadan bəhs edirik.

Polat Alemdarın qızı kimi yadda qalan və 5 mövsüm “Kurtlar Vadisi Pusu” serialında rol alan aktrisa Doğa Sakarya indi kinodan uzaq, idmanla iç-içə bir həyat yaşayır.

Doğa Sakarya kiçik yaşlarında başladığı aktrisalıq karyerasında Elif obrazı ilə sevildi, yadda qaldı.

Bu yaxınlarda onun 20 yaşı tamam olub.

Doğa Sakarya 28 mart 2005-ci ildə İstanbulda dünyaya gəlib. Təhsil həyatına İstanbulda başlayıb. Orta təhsilini davam etdirən Doğa Sakarya 2011-ci ildə "Öyle bir geçer zaman ki" serialında rol alaraq aktrisalıq karyerasına başlayıb. Daha sonra 2013-cü ildə "Müqəddəs gün" serialında rol alıb.

Amma ən böyük uğuru 5 sezon dalbadal rol aldığı “Kurtlar Vadisi Pusu” serialında “Elif Alemdar” rolu olub. O, 2011-2016-cı illər arasında bu serialda rol alıb.

Doğa Sakarya “Kurtlar Vadisi Pusu”dakı rolu ilə tamaşaçılara öz təbiiliyi və emosional oyun qabiliyyəti ilə tanıdıldı. Onun aktyorluq tərzi duyğuları tamaşaçıya ötürmək bacarığı ilə seçilirdi.

Azyaşlı olmasına baxmayaraq, Elif obrazında nümayiş etdirdiyi səhnə improvizasiyası bir çox böyük yaşlı aktyorların belə çata bilmədiyi emosional təsir gücünü əks etdirirdi.

Serialın tənqidçiləri Doğa Sakaryanın perfomansını yaşına görə yüksək qiymətləndirir və gələcəkdə böyük layihələrdə baş rollarda yer ala biləcək istedadlı aktrisa kimi xarakterizə edirdilər. Tamaşaçılar isə onun səmimi baxışlarını, göz yaşları ilə dolu səhnələrdəki təbii oyununu uzun illər yadda saxladılar.

“Kurtlar Vadisi Pusu”dan sonra aktrisalıq karyerasında hələ ki növbəti partlayış etməyən Doğa Sakarya müxtəlif layihələrdə yer alıb.

O, hazırda oxatma idman növündəki çıxışı ilə də diqqət çəkir.

Doğa Sakarya sosial şəbəkələrdəki paylaşımları vasitəsilə izləyiciləri ilə ünsiyyət qurur.

Onun bugünkü görünüşü və dəyişimi də arabir medianın gündəmində olur. Lakin bir çoxları üçün o, hələ də "Polat Alemdarın qızı Elif" olaraq yadda qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Aprel 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri