Icma.az
close
up
RU
Polina Rəhimova: Bəzi çətin matçlarda vətənpərvərlik uğur qazanmaq baxımından böyük rol oynayır

Polina Rəhimova: Bəzi çətin matçlarda vətənpərvərlik uğur qazanmaq baxımından böyük rol oynayır

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Voleybol üzrə Braziliya Kubokunun qalibi olan Azərbaycan millisinin üzvü Polina Rəhimovanın AZƏRTAC-a danışıb. Sport24.az həmin müsahibəni təqdim edir.

- Çıxış etdiyiniz "Osasko" klubu 7 ildən sonra Braziliya Kubokunun sahibi oldu. Final qarşılaşması barədə təəssüratlarınızı bilmək maraqlı olardı…

- Bəli, 7 ildir kuboku qazana bilmirdik. Komandama kömək edə bildiyim üçün çox sevinirəm. Xoşbəxtəm ki, bunu bacardıq. Finalda son Braziliya çempionu "Minas"la qarşılaşdıq. Belə güclü rəqibə qarşı sonadək mübarizə apardıq və qalib gəldik. Mən matçın son dəqiqələrində risk alaraq topu meydanın rəqibə aid hissəsində yerə atdım və nəticədə dördüncü seti üstünlüklə başa vurduq.

- Finalda məğlub etdiyiniz rəqib sizin keçmiş komandanız olub. Onlara qarşı oynamaq necə hiss idi?

- Finaldan bir gün öncə keçirilmiş yarımfinal oyunumuz çox gec yekunlaşdı. Rəqib komandanın matçı isə daha erkən saatlarda bitmişdi. Onlar 4, biz isə 5 set oynamışdıq. Bu səbəbdən özümüzü çox yorğun hiss edirdik. Həlledici matçda keçmiş komandamla qarşılaşanda tanış simaları, əvvəllər geyindiyim gözəl və rəngarəng formanı görəndə çox sevindim. Onlar möhtəşəm iş gördülər. Görüşə kifayət qədər yaxşı hazırlaşmışdılar. Müdafiə və blokda çox güclü idilər. Bir sözlə, finalda oynamağa layiq idilər.

- Hazırda "Osasko" Superliqada 35 xalla dördüncü sırada yer alır. Komandanızın Braziliya çempionatında hədəfləri nələrdir?

- Təbii ki, çempion olmaq istəyirik. Hazırda 6 əsas oyunçumuzdan ikisi zədəlidir və bu, bizi axsada bilər. Ümid edirəm ki, yeni oyunçular kollektivə tez adaptasiya olacaqlar və biz turnir cədvəlində yüksək pillələrdə qərarlaşan komandalarla görüşlərdə qələbə qazana biləcəyik.

- Avropaya qayıtmağı düşünürsünüz?

- Hazırda bütün diqqətimi Braziliyadakı komandama və hədəflərimizə yönəltmişəm. Nəyin necə olacağına daha sonra qərar verəcəyəm. Gələcək haqqında düşünmək hələ tezdir. Hazırda titullar qazanmağa davam etməliyəm.

- Azərbaycan millisi bu il Qızıl Avropa Liqasında çıxış edəcək. Yığmanın şanslarını necə dəyərləndirirsiniz?

- Əminəm ki, komandamızın turnir üçün yüksək hədəfləri var. Biz gənc nəslə daha çox diqqət yetirməli, onlara kömək etməli və dəstək olmalıyıq. Azərbaycan Voleybol Federasiyası regionlarda bu idman növünün inkişafı üçün böyük işlər görür. Bunun sayəsində biz daha çox yerli istedadlar yetişdirə bilərik. Milli komandada azərbaycanlı voleybolçuların oynamağı olduqca vacibdir. Çünki bəzi çətin matçlarda vətənpərvərlik uğur qazanmaq baxımından böyük rol oynayır. İnanıram ki, Azərbaycan voleybolunu yenidən dünyaya tanıdan ucaboy və perspektivli voleybolçular yetişəcək.

- Milli komandanın ulduzlarından biri hesab olunursunuz. Əgər dəvət gəlsə, yenidən yığmanın formasını geyinəcəksiniz?

- Buna Braziliyada mövsümü başa vurduqdan sonra qərar verə bilərəm. Hazırda bu suala cavab olaraq nə "yox", nə də "hə" deyə bilərəm.

- Azərbaycan klublarından təklif almısınız?

- Bəli, məşqçi kimi çalışmaq təklifi almışam. Amma hazırda bütün diqqətimi idmançı karyerama yönəltmişəm. Təcrübəm olmasa belə, kiminsə mənə məşqçi kimi ehtiyac duyduğunu bilmək çox xoşdur. Bu, özümə olan güvəni və Azərbaycanda qapıların mənə hər zaman açıq olduğuna dair inamımı daha da artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri