Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Abşeronda yol polisi növbəti profilaktik tədbirlər keçirib.
BAKU.WS xəbər verir ki, rayon ərazisində həyata keçirilən reydlər zamanı yol polisinin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirən "Ford" markalı avtomobilin sürücüsü saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində inzibati tənbeh tətbiq edilib. Rayon ərazisində avtoxuliqanlıq edən VAZ-2107 markalı avtomobilin sürücüsü də yol polisi tərəfindən saxlanılıb. Barəsində inzibati protokol tərtib olunan sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ məhkəmənin qərarı ilə bir il müddətinə məhdudlaşdırılıb.
Tədbirlər çərçivəsində gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan, eləcə də motosikletlərin konstruksiyasına dəyişiklik edərək əlavə işıq qurğuları quraşdıran 14 sürücü saxlanılıb və inzibati məsuliyyətə cəlb edilib.
Abşeron rayonunda yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə profilaktik tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















