Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Rusiyada mart ayından etibarən polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, müvafiq normalar martın 5-də qüvvəyə minəcək qanunda təsbit edilib.
Bundan əlavə, polis əməkdaşları Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından zəruri məlumat və sənədləri, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri tələb etmək hüququna malik olacaqlar. Banklar da deportasiya rejimində olan miqrantların hesablarının mövcudluğu və nömrələri, həmçinin bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə məlumat verməyə borclu olacaqlar.
Yeni qanun Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına deportasiya rejiminə düşən əcnəbiləri, o cümlədən texniki vasitələrdən istifadə etməklə müşahidə etmək imkanı verir. Bu, həm fiziki, həm də hüquqi şəxslərə, belə miqrantların Rusiya ərazisində qalmasına kömək edənlərə aiddir. Polis mobil cihazların məlumatlarından, geolokasiyadan, ödəniş sistemlərindən və üztanıma sistemlərindən istifadə edə biləcək.
Qeyd edək ki, deportasiya rejimi - Rusiyada qanunsuz olan və ya qanunu pozan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq edilir. Onlar üçün bəzi hüquq və azadlıqlar məhdudlaşdırılacaq, həmçinin miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri tətbiq ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Yanvar 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















