Icma.az
close
up
RU
Qazaxıstan Azərbaycan strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur politoloq

Qazaxıstan Azərbaycan strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur politoloq

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün ən yüksək siyasi səviyyəyə çatıb. Bu, ilk növbədə iki ölkə liderləri – Prezident İlham Əliyev və Prezident Qasım-Jomart Tokayev arasında formalaşmış şəxsi dostluq, qarşılıqlı etimad və hörmətin nəticəsidir.

Bu fikirləri APA-ya açıqlamasında Qazaxıstanlı politoloq Almat Tokeyin bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr konjonktura maraqlara deyil, strateji baxışa və uzunmüddətli qarşılıqlı dəstəyə əsaslanır: “Azərbaycan bizim üçün Cənubi Qafqazda etibarlı strateji tərəfdaş və sınaqdan çıxmış müttəfiqdir. Münasibətlərimizin əsasında siyasi iradə, qarşılıqlı etimad və səmimi dostluq dayanır.”

Politoloq qeyd edib ki, bu il “Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasından 20 il keçir və bu sənəd iki ölkə arasında siyasi dialoqun əsas hüquqi bazasını formalaşdırıb: “Bu müqavilə təkcə ikitərəfli əlaqələri deyil, həm də regional sabitliyi və Türk dünyasının birliyini gücləndirən sənəddir.

Tokeyin vurğulayıb ki, Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar – BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İƏT, MDB və digər platformalar çərçivəsində sıx əməkdaşlıq edir: “Astana və Bakı bu gün regional siyasətin istiqamətini müəyyən edən iki paytaxtdır. Onların strateji əməkdaşlığı təkcə Orta Asiya və Qafqaz üçün deyil, bütün Avrasiya məkanında sabitliyin əsas dayağıdır.

Politoloq hesab edir ki, Azərbaycan–Qazaxıstan oxu tədricən Türk dünyasının strateji sütunlarından birinə çevrilir və bu istiqamətdə qarşılıqlı etimad əsas amildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri