Icma.az
close
up
RU
Politoloq: Qazaxıstan və Azərbaycan regionun iki əsas qapısıdır

Politoloq: Qazaxıstan və Azərbaycan regionun iki əsas qapısıdır

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstan və Azərbaycanı çoxəsrlik qardaşlıq, mənəvi və mədəni yaxınlıq telləri birləşdirir.

Bunu APA-ya açıqlamasında qazax politoloq Аman Mambetalıyev bildirib.

Ekspertin sözlərinə görə, hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra Türk dünyasının dayaqları və Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi çıxış edir: “Qazaxıstanla Azərbaycan Türk dünyasında əməkdaşlığı xarici siyasət kursunun vacib elementi və regional sabitliyin möhkəmləndirilməsi aləti kimi görür. 30 ildən artıq diplomatik münasibətlər ərzində Qazaxıstan və Azərbaycan qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan dialoqu ardıcıl şəkildə inkişaf etdirərək əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar.

Qazaxıstan–Azərbaycan münasibətlərinin özəlliyi onların çoxşaxəliliyindədir – siyasi və iqtisadi sahələrdən tutmuş humanitar və mədəni əməkdaşlığa qədər. İqtisadi əməkdaşlıq təhsil, elm və media sahələrində əlaqələrin möhkəmlənməsi ilə tamamlanır, ictimai və mədəni təşəbbüslər səviyyəsində həyata keçirilən “yumşaq diplomatiya” isə gələcək yaxınlaşma üçün möhkəm sosial baza yaradır. Qazaxıstandakı Azərbaycan diasporu mühüm rol oynayır. 2021–2025-ci illərin hesablamalarına görə, Qazaxıstanda Azərbaycan diasporunun sayı təxminən 155 min nəfərdir. Diaspor Qazaxıstan Xalqları Assambleyasının fəaliyyətində fəal iştirak edir, mədəniyyətlərarası dialoqa və humanitar əlaqələrin inkişafına töhfə verir. Bu insan amili iki xalq arasında qarşılıqlı anlaşma üçün möhkəm təməl yaradır və təhsil, media və incəsənət sahələrində təcrübə mübadiləsini təşviq edir”.

Politoloq qeyd edib ki, hazırda ticarət əlaqələrində də müsbət dinamika müşahidə olunur və bu əlaqələrin gələcəkdə daha da artacağı gözlənilir. Hər iki ölkə öz regionlarının lideridir: “Qazaxıstan Mərkəzi Asiyaya, Azərbaycan isə Qafqaza “qapı” rolunu oynayır, bu isə böyük potensial yaradır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə artır. 2025-ci ilin ilk yarısında Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 331,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə demək olar 40% artım deməkdir. Bunun 281,6 milyon dolları Qazaxıstanın ixracının, təxminən 50 milyon dolları isə idxalın payına düşür. Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar–iyul aylarında Qazaxıstandan idxal demək olar 5 dəfə artaraq 448 milyon dollara çatıb. Azərbaycan Qazaxıstanın regiondakı ən böyük on ticarət tərəfdaşından biridir”.

Аman Mambetalıyev onu da qeyd edib ki, Qazaxıstanın əsas ixrac məhsulları metallurgiya, taxıl, neft məhsulları və kimya sənayesi məhsullarıdır: “Azərbaycan isə elektronika, avadanlıq və ərzaq məhsulları ixrac edir. Uzunmüddətli perspektivdə iki ölkə qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir – bu məqsəd hər iki ölkə tərəfindən tam real hesab olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see187

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see176

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see138

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see123

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see122

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri