Icma.az
close
up
RU
Politoloq: Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi

Politoloq: Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan heç vaxt müharibə ilə aldığını (işğal etdiyi Azərbaycan ərazilərini – red.) müharibəsiz geri verməyə razı olmayacaqdı. Bunu erməni politoloq Harutyun Mkrtçyan deyib. Mkrtçyan qeyd edib ki, biz heç vaxt müharibə ilə alınanı (işğal edilmiş əraziləri – red.) müharibəsiz geri verməyə razı olmayacaqdıq. 

“Bizim” dedikdə, xalqımızın kollektiv əksəriyyətini nəzərdə tuturam. Bu, milli qürur idi, yoxsa milli macəra? Bir gün ayrı-ayrılıqda müzakirə edəcəyik. Əvvəldən bizi müharibənin nəticəsi (Azərbaycanın ərazilərini geri alacağı – red.) o qədər də maraqlandırmırdı. 



“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, həqiqətən də Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi:


“Lakin Azərbaycan da itirdiyi əraziləri Ermənistanın nəzarətində buraxmayacaqdı. Nəticə etibarilə siyasi, hərbi cəhətdən güclü olan tərəf qalib gəldi və Azərbaycan öz ərazilərini geri qaytarmağa nail oldu. Həmçinin Azərbaycan Ordusu Ermənistan ordusunu biyabrçı şəkildə məğlub etdi. Bu isə real gücün hansı tərəfdə olduğunu göstərdi. Bundan sonrakı proseslər Ermənistan üçün bir qədər çətin olacaq. Çünki Ermənistanın öz hərbi potensialını bərpa etmək imkanları o qədər də geniş deyil. Hətta bərpa etməyə nail olsa belə, Azərbaycan Ordusuyla rəqabət aparacaq səviyyəyə çatdırmaq imkanları olduqca məhduddur. Ümumiyyətlə Ermənistan iqtisadiyyatının güclü ordu yaratmaq potensialı yoxdur. Bütün bunları nəzərə aldıqda Azərbaycan Ordusunun hərbi yolla dövlətim ərazi bütövlüyünü bərpa etməsi tamamilə normal prosesdir.


Ekspert bildirib ki, Azərbaycan güclü orduya malikdir və ölkənin iqtisadi resursları dövlətin hərbi təhlükəsizlik maraqlarını qorumaq üçün yetərlidir:

“Digər tərəfdən də Azərbaycan öz geosiyasi siyasətini və hərbi hədəflərini birmənalı şəkildə beynəlxalq hüquq normalarına uyğunlaşdırır. Çünki Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn normalarına uyğun idi. Ona görə də beynəlxalq səviyyədə buna qarşı hansısa hüquqi və siyasi iradların ön plana çıxarılması mümkün deyil. Azərbaycan hazırda beynəlxalq hüquq normalarının himayəsi altındadır. Eyni zamanda Azərbaycanın Türkiyə kimi müttəfiqləri var. Həmçinin Azərbaycan Qərb və güclü Şərq ölkələriylə balanslı siyasət yürüdür. Belə situasiyalat çərçivəsində Ermənistanın Azərbaycanla rəqabət aparması qeyri-mümkündür. Ermənistanda gələcəyin keçmiş üzərində qurulmasına yönəlik açıqlamaların gündəmə gətirilməsi ölkə daxili siyasi mübarizəyə hesablanan addımdır. Növbəti parlament seçkilərinə qədər Ermənistanda daxili siyasi çəkişmələr ən yüksək səviyyədə olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri