Icma.az
close
up
RU
Politoloq: Gürcüstan ABŞ münasibətlərində dalğavari proseslər davam edəcək

Politoloq: Gürcüstan ABŞ münasibətlərində dalğavari proseslər davam edəcək

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hətta yeni gərginlik mərhələlərinin də şahidi ola bilərik


Gürcüstan ilə ABŞ-Qərb münasibətlərinin əvvəlki səviyyəyə qayıtması üçün hakimiyyət dəyişikliyi lazımdır


“Mən ABŞ prezidentinə dedim ki, münasibətlərimizi yeni səhifədən başlamağın vaxtı çatıb”.

Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısının sözlərinə görə, ABŞ prezidenti ona münasibətlərin təmiz səhifədən başlanması məsələsinə qayıdacağını söz verib.

“İctimaiyyəti yəqin ki, ABŞ prezidenti Donald Trampın təşkil etdiyi və bizim görüşdüyümüz şam yeməyi maraqlandırır. Mən ona münasibətlərimizi yeni səhifədən başlamağın vaxtının çatdığını söylədim. O, cavabında bu məsələyə baxacağına söz verdi. Bu mövzuya qayıdacağını və mənimlə əlaqə saxlayacağını vəd etdi. Gəlin onun cavabını gözləyək”, - M.Kavelaşvili söyləyib.

Qeyd edək ki, ABŞ-nin əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Gürcüstan hakimiyyəti strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpasına hazırlığını dəfələrlə bəyan edib.


Politoloq Taleh Əliyev Sherg.az-a söyləyib ki, ABŞ–Gürcüstan münasibətlərinə bundan sonra da bir neçə dəfə yeni səhifədən başlamaq mümkündür:


"Amma bu, indiki Gürcüstan hakimiyyəti ilə ABŞ arasında əlaqələrin əvvəlki səviyyəyə qayıdacağı anlamına gəlmir. Hazırkı gərginlik müəyyən qədər yumşaldıla bilər. Lakin unutmamaq lazımdır ki, Gürcüstan hakimiyyətinin, xüsusilə də “boz kardinal” adlandırılan milyarder İvanaşvilinin müəyyənləşdirdiyi dövlət siyasətinin əsasında Rusiya ilə münasibətləri korlamamaq və Qərblə müəyyən qədər məsafəli davranmaq dayanır. Buna görə də Gürcüstan–ABŞ və ümumən Gürcüstan–Qərb siyasi münasibətlərində dalğavari proseslər bundan sonra da davam edəcək. Hətta yeni gərginlik mərhələlərinin də şahidi ola bilərik. Gürcüstan ilə ABŞ–Qərb münasibətlərinin əvvəlki səviyyəyə qayıtması üçün ölkədə hakimiyyət dəyişikliyi lazımdır. Bu isə yaxın gələcəkdə real görünmür. İki yerə parçalanmış müxalifətin hakimiyyətə qarşı vahid güc kimi birləşməsi də yaxın perspektivdə mümkün deyil. Qərbin Gürcüstandakı “beşinci kolon”u müəyyən fəaliyyət göstərməsi mümkündür. Hazırda bizim görmədiyimiz və hesablaya bilmədiyimiz prosesləri təşkil etmə imkanları var. O halda fərqli ssenarilərin, müxtəlif hadisələrin şahidi ola bilərik. Ancaq bu günkü Gürcüstan reallığını nəzərə alsaq, ölkədə hakimiyyət dəyişikliyi müşahidə olunmadığına görə,  münasibətlər yeni ağ səhifədən başlansa belə, əlaqələr əvvəlki səviyyədə davam etməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri