Icma.az
close
up
RU
Politoloq: Həmin mollaya Cənubi Qafqaz üzrə din xadimlərindən biri lazımi cavab verməli idi

Politoloq: Həmin mollaya Cənubi Qafqaz üzrə din xadimlərindən biri lazımi cavab verməli idi

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda fars-molla rejimi meydana gələndən sonra Azərbaycana qarşı həmişə ögey münasibət bildirilib


Bu yaxınlarda Azərbaycan dövlətinin rəhbərinə qarşı aşağılayıcı ifadələr işlədən İran rəhbərinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abidini vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə İran mediası məlumat yayıb.

Ancaq İranın hökumət saytları bunu “öz istəyi ilə istefa verib” deyə təqdim ediblər.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti işlər vəkilinə Qəzvinin cümə imamı da daxil olmaqla, bir sıra hökumət mollalarının antiazərbaycan fəaliyyətlərinin qəbuledilməz olduğunu bildirmişdi.


Politoloq Elşad Həsənov "Sherg.az"a deyib ki, İranda fars-molla rejimi meydana gələndən sonra Azərbaycana qarşı həmişə ögey münasibət bildirilib və aşağılamağa çalışılıb:


"Azərbaycan torpaqları işğal altında olanda İran hər zaman Ermənistanı dəstəkləyərək yanında oldu. Hətta 44 günlük müharibə dövründə də rəsmi Tehrana Ermənistana silah-sursatla bağlı kömək etdi. Molla rejimi İslam Respublikası olan İranın iç üzüdür. Onların Azərbaycana qarşı mənfi davranışları, xüsusilə də keçən il səfirliyimizə olam hücumları və əməkdaşımızı qətlə yetirməsi həmin cinayətlərin uzun müddət gizlədilməyə çalışılması göz önündədir. Son günlər Azərbaycan Respublikasının Baş nazirinin müavini Şaiq Mustafayevin İrana səfəri və mühüm görüşlərin keçirilməsi münasibətlərin normallaşmasına işarədir. Lakin rəsmi Tehranda molla rejimi nümayəndələri sakit durmurlar. Ayətullah Xameneinin Qəzvindəki nümayəndəsi və şəhərin cümə imamı Azərbaycan Prezidenti haqqında aşağılayıcı fikirlərinə rəsmi Bakı sərt reaksiya verdi. İlham Əliyev bildirdi ki, İran mollası buna görə üzr istəyib vəzifəsindən kənarlaşdırılmalıdır".


Politoloq əlavə edib ki, Məsud Pezeşkian bilir ki, İran İsrail və Suriyada olan HƏMAS, Hizbullah kimi proksi qüvvələr uduzdular. Artıq ABŞ-nin nişangahında İran var:

"Odur ki, rəsmi Tehran özünün  müdafiəsi üçün bir sıra ölkələrlə, o cümlədən Rusiya ilə hərtərəfli strateji əməkdaşlıq sazişi imzaladı. Həmçinin raket üçün Çindən gizli yanacaq gətirir. İran başa düşür ki, onun sonu çatıb. Nüvə silahının istehsalında israrlı olsalar, 2025-ci ilin ilk yarısında bu ölkənin hərbi obyektlərinin vurulması baş verəcək. İran mütləq getdiyi yoldan çəkilməli və region ölkələri, xüsusilə Azərbaycan, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bununla yanaşı, həmin mollaya Cənubi Qafqaz üzrə din xadimlərindən biri lazımi cavab verməli idi. Azərbaycan hər zaman İrana qarşı qonşuluq münasibəti bəsləyib. Müstəqillik dövründə ölkəmiz heç vaxt rəsmi İrəvandan fərqli olaraq onlara qarşı xəyanət etməyib. Ünumilikdə fars-molla rejiminin süqutu artıq başlayıb və yaxın gələcəkdə bunun şahidi olacağıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri