Icma.az
close
up
RU
Politoloq: İranın nüvə əldə etmək istəyi barədə sual daim qalmaqdadır

Politoloq: İranın nüvə əldə etmək istəyi barədə sual daim qalmaqdadır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“İranın Qərblə apardığı danışıqlar saxtadır, əsas məqsəd vaxt udmaq və nüvə silahı yaratmaqdır”.

Bunu iranlı professor Sadiq Zibakəlam bildirib.

Elm adamı İran rəsmilərinin “Amerikaya ölüm” şüarını belə şərh edib:

“Bütün ömrünüzü “Amerikaya ölüm” həsr etdiniz, İsraili “məhv etmək” üçün əlinizdən gələni etdiniz. Hətta danışıqlarınız da saxta idi, sadəcə vaxt udurdunuz. Əsl məqsədiniz nüvə silahı yaratmaqdır”.

Sadiq Zibakəlam deyib ki, İran antiamerikançılıqdan qidalanır, bu mövzu əlindən alınsa, xalqa deyəcək heç bir sözü qalmayacaq.

Professor hökumətin “müqavimət” (proksi qüvvələr – red.) mövzusunda keçirdiyi mərasimi və Tehranın “İnqilab” meydanında heykəlin açılışını “maskarad” adlandırıb və istehza ilə əlavə edib: “Sizin böyüklüyünüz o “maskarad”da idi ki, onu da təşkil etdiniz”.

Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, Sadiq Zibakəlam müxalifətçi olduğu üçün onun hakimiyyəti tənqid etməsi, səhvlərini bildirməsi və uğursuzluqlarını fakt kimi önə çəkməsi təbiidir:

"Lakin indi onun söylədiklərinin nə qədərinin həqiqət, nə qədərinin yalan olduğunu kənardan, obyektiv şəkildə qiymətləndirmək mümkün deyil. Heç bir hakimiyyət tam şəkildə səmimi olmur. Məsələn, ABŞ öz məqsədi kimi demokratiyanı, insan hüquqlarını göstərir. Amma ona necə nail olduğu barədə fərqli yanaşmalar və mübahisələr var. İsrailə gəlincə, bəzi çevrələrdə onun regiondakı siyasətlərinə, müsəlmanlara və bəzi ərazilərə münasibətinə dair sərt ittihamlar mövcuddur. Bu iddialar tarixi və ideoloji mübahisələrə söykənir. İranda hakimiyyət şüurlu şəkildə “müqavimət” və ideoloji mövzular ətrafında qurulub. Eyni zamanda İran bəyan edir ki, İsraili məhv etmək kimi məqsədləri yoxdur. Amma illər ərzində həmin ritorikaya və hərəkətlərə əsaslanan narahatlıqlar formalaşıb. Hər bir dövlət istəyər ki, öz ideologiyası güclü olsun. Bəzən dövlətlər özlərini daha güclü mövqedə görmək üçün müxtəlif vasitələrdən istifadə edirlər".

Analitik vurğulayıb ki, İran hökumətinin nüvə silahı əldə etmək istəyi barədə sual daim qalmaqdadır:

"Burada ədalətsizliklə bağlı suallar yaranır: niyə bəzi ölkələr nüvə silaha malik ola bilir, bəzilərinə isə bu imkan tanınmır? Bu fərqliliklər Qərb dünyasının qoyduğu qaydaların və beynəlxalq nizamın ədalətliliyi barədə şübhələr yaradır. İran rejimi də bu narazılığı daxili siyasi kommunikasiya və ideologiya üçün istifadə edib. Bunun nə qədər effektiv olduğu isə ayrıca məsələdir. Nəticə olaraq, professorun tənqidlərinin nə qədər əsaslı olduğunu və nə qədərinin siyasi ritorika olduğunu müzakirə etmək üçün iki tərəfdən arqumentlər və faktlar göstərilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri