Icma.az
close
up
RU
Politoloq Nicat İsmayılov: Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı

Politoloq Nicat İsmayılov: Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan torpaqları  işğal altında olduğu zaman Qərbin mövqeyi "söz - var, təzyiq yox" idi. Qərb dövlətlərinin ABŞ, Fransa Böyük Britaniya və digər Avropa ölkələrinin mövqeyi formal olaraq Azərbaycanın tərəfində idi. Onlar Azərbaycanın suverenliyini tanıyırdı. Ermənistanın işğalçı qüvvələrinin çıxmasını tələb edən BMT qətnamələrinə səs vermişdilər. ATƏT-in Minsk Qrupu çərçivəsində “sülh danışıqları” aparmağa çalışırdılar. Lakin bu mövqenin praktik çəkisi yox idi".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.

Nicat İsmayılov

"Qərb niyə dayanıqlı və təsirli dəstək vermədi?

1. Qərb postsovet məkanında Rusiyanın açıq qatıldığı münaqişələrə müdaxilə etmək istəmirdi.

2. Ermənistan diasporu Qərbin siyasi institutlarında güclü təsirə malik idi.

3. Regionda prioritetlər enerji, Balkanlar və Şərqi Avropa məsələləri idi.

4. Azərbaycan o dövrdə özünün zəifliyi səbəbindən mövqeyini effektli müdafiə edə bilmirdi.

Nəticə olaraq, Qərbin dəstəyi kağız üzərində qalırdı.

Tarixi dərslər: nəyi anladıq?

Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı. Bu nəticələr aydın görünür:

1. Heç bir dövlət Azərbaycan torpaqlarını geri qaytarmaq üçün Ermənistan üzərinə real təzyiq göstərmədi.

2. Avakov kimi şəxslərin fəaliyyəti Ukraynanın rəsmi siyasətini ifadə etmirdi.

3. Azərbaycanın zəifliyi beynəlxalq dəstəyi real nəticəyə çevirməyə imkan vermirdi.

4. 44 günlük Vətən müharibəsi göstərdi ki, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin uğurla yürütdüyü xarici və daxili siyasəti nəticəsində, ərazi bütövlüyünün təminatçısı yalnız güclü dövlət, güclü ordu və güclü siyasi iradədir!

Azərbaycan tarixi təcrübədən mühüm dərslər çıxardı. Heç bir beynəlxalq güc Azərbaycanın milli maraqlarını onun özü qədər müdafiə etməyə hazır deyil. Buna görə də 1990-cı illərdə Ukrayna və Qərbin göstərdiyi məhdud dəstək işğalı dayandırmadı. Bu gün isə Azərbaycan tam başqa reallığın sahibidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müstəqil, güclü, siyasi və hərbi gücü olan bir dövlət kimi regionda tarixi ədaləti özü bərpa etməyə qadir olduğunu sübut etmişdir"-deyə Nicat İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri