Icma.az
close
up
RU
Politoloq: Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir

Politoloq: Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın regional əməkdaşlıq və beynəlxalq məsələlər üzrə birinci vitse-prezidenti Əli Nəcəfi Xurşudi Ermənistanın bu ölkədəki səfiri Qriqor Akopyanı qəbul edib. Qəbul zamanı Ermənistan-İranın substantiv ikitərəfli gündəliyinə, son regional və beynəlxalq hadisələrə toxunulub. 

Tərəflər Ermənistan və İran arasında əlaqələrin dərinləşdirilməsi və hərtərəfli inkişafının zəruriliyini vurğulayıblar.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran və Ermənistan hakimiyyəti arasında əlaqələr əvvəlki qaydasında davam edir:


“Yəni Ermənistan hakimiyyət dəyişikliyinin rəsmi Tehran üçün heç bir fərqi yoxdur. İran höküməti Azərbaycan torpaqlarını işğal etmiş Ter-Petrasyan, Serj Sarkisyan, Robert Köçəryan və Nikol Paşinyan hakimiyyətiylə eyni çətirdə və istiqamətlərdə münasibətlər qurur. Bu baxımdan İrəvan rəsmilərinin Tehranda görüşləri əvvəlkilərdən heç bir xüsusiyyətinə görə fərqlənmir.  Tehran Ermənistandan Azərbaycana təzyiq vasitəsi və regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir. Eyni zamanda Ermənistanın reallaşması mümkün olmayan layihələrini Tehran hakimiyyəti dəstəkləyir”.


Ekspert qeyd edib ki, hətta Tehran hakimiyyəti Azərbaycan-Ermənistan arasında müvəqqəti sərhəd zonasında yerləşdirilən Avropa İttifaqının mülki müşahidə missiyasının fəaliyyətinə də etiraz göstərmir:

“Həmin missiyanın fəaliyyəti bu ilin fevral ayında başa çatırdı, lakin onun mövcudluğu bir müddət uzadıldı. Sözügedən mülki missiyanın İran ərazisində müşahidə aparma ehtimalı istisna olunmur. Tehran hakimiyyəti mülki müşahidə missiyası adlanan qrupun fəaliyyətini özü üçün təhlükə saymır. Həmçinin Tehran hakimiyyəti bu missiyasının region ölkələrinin, xüsusilə də Azərbaycan və İranın razılığı olmadan bölgədə yerləşdirilməsinə belə səsini çıxarmır. Sözügedən hadisələr göstərir ki, Tehran hakimiyyəti Ermənistandan bütün mənalarda Azərbaycana qarşı yararlanmağa çalışır. Sözügedən görüş ilə İran və Ermənistan arasında prespektiv əlaqələrin genişlənməsini, xüsusilə sülh kəşişməsi sayılan layihənin reallaşmasını, Zəngəzur yoluyla bağlı hər iki tərəfin mövqeylərinin eyni olmasını yenidən gündəmə gətirirlər. Digər tərəfdən səfir Qriqor Akopyan regiondakı mövcud vəziyyəti İranın vitse-prezidenti ilə müzakirə edib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri