Icma.az
close
up
RU
Politoloq: Xarici media qurumları Azərbaycanda dövlətə qarşı alətə çevrilib

Politoloq: Xarici media qurumları Azərbaycanda dövlətə qarşı alətə çevrilib

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycana qarşı son illərdə xarici dövlətlər və təşkilatlar tərəfindən aparılan mənfi kampaniyalar və media savaşı gündəmi zəbt etməkdə davam edir. 

Bu kampaniyalar, xüsusilə bəzi beynəlxalq media qurumları və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir və əksər hallarda ölkəmizə qarşı qərəzli mövqelər nümayiş etdirir. Bir çox hallarda bu qurumlar, müxtəlif dövlətlərin gizli planlarını həyata keçirmək üçün vasitəçi rolunu oynayır və Azərbaycan xalqına qarşı təxribatçı fəaliyyətlərə dəstək verirlər. 


Politoloq Tural İrfan Sherg.az-a bu cür qurumların fəaliyyətlərindən və onların Azərbaycanla bağlı subyektiv və zərərli mövqelərindən danışıb:


"Məlumdur ki, Azərbaycana qarşı bəzi xarici ölkələrdəki təşkilatlar mənfur kampaniyalar aparır və bir növ ölkəmizə qarşı mediya savaşı açıblar. Bəzi televiziya, radio qurumları maliyyələşdikləri dövlətlərin gizli planlarını Azərbaycanda həyata keçirmək üçün alətə çevriliblər. Ölkədə narazı kütlə hazırlamaq, yanmayan yerdən tüstü çıxarmaq üçün müxtəlif üsullara əl atıblar. Hansı ki, bunlar Qarabağın işğalı zamanı 30 il bir yaraları barmağa məlhəm olmadılar, əksinə daha da ermənipərəst mövqeləri ilə seçildilər. Adını "azadlıq, demokratiya, insan haqları" qoyduqları bir çox Qərb və ABŞ təsisatları əslində bu dəyərlərə mahiyyəti etibarı ilə ən böyük ziyanı vururlar. USAİD, Amerikanın səsi, Azadlıq radiosunun fəaliyyəti demək olar ki, yalnız quru yeri qaçırmaqdan ibarətdir. Adı çəkilən strukturlar, medialar əslində çox zaman xarici dövlətlərin buradakı kəşfiyyat xidmətinin əlamətlərini özündə təzahür etdiriblər. Onlar fəaliyyətləri ilə bunu sübut ediblər. Çox zaman obyektiv olmayıblar, qərəz nümayiş etdirib ölkəmizə qarşı aparılan təziq siyasətlərinə dəstək veriblər.

Media qərəzsiz və obyektiv olmalıdır. Amma onlar konkret olaraq Azərbaycan əleyhinə mövqe tutublar. Bunu da gizlətməyiblər. Qarabağ həqiqətləri ilə bağlı vaxtilə heç bir faydalı işə imza atmayan belə qurumlar hakimiyyətdə müxalif cəbhələrdə görünməkləri bir yana, dövlətə, xalqa müxalif, zərərli əməllərə qol qoyublar". 


Ekspert USAİD kimi bəzi qurumların çirkin fəaliyyətlərinin təkcə Azərbaycan ilə məhdudlaşmadığını, digər ölkələrin də daxilində mənfur niyyətlərin həyata keçirilməsində rol oynadıqlarını bildirib:

"Təbii ki, fəaliyyətlərini Azərbaycan Respublikasının qanunlarına uyğun təşkil etsələr, dövlətin və xalqın maraqlarına zidd olan fəaliyyətlərinə dəyişiklik etsələr, media azadlığı çərçivəsində normal fəaliyyət göstərsələr hesab edirəm ki, bu doğru olardı. Amma məsələ budur ki, bunların hərəsi xaricdə, kənarda böyük güclərə, qaranlıq siyasi dairələrə xidmət edir, onlardan sifariş alırlar. Bunlar özbaşına deyil ki, əməllərini korrektə edələr. Əgər himayə edildikləri dairələr onların media adı altında təxribatçı və zərərli fəaliyyətlərinə son verməsələr hesab edirəm ki, sözü gedən qurumların fəaliyyətinə son qoyula da bilər. Bu heç də media və mətbuat azadlığının pozulması deyil. Əslində onların media olub-olmaması sorğulanmalıdır. Çünki media qurumuna xas fəaliyyət göstərmirlər, çox hallarda dövlətin əleyhinə, qərəzli, subyektiv, təxribatçı planların icrasına alətlik edirlər. Bunun dəfələrlə şahidi olmuşuq. Xaricdən maliyyələşən belə qurumlar məlumdur ki, himayədarlarının maraqlarını gözləyirlər. Eyni zamanda bu qurumları maliyyələşdirənlər də heç də Azərbaycanın xeyrinə iş görməyə niyyətlənməyiblər. Onlar hazırda ifşa olunublar. Çünki sözü gedən media adlı qurumların mahiyyətcə media olmadığı ortaya çıxır və fəaliyyətləri onların niyyətlərini tam şəkildə sübut edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Mart 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri