Icma.az
close
up
RU
Polkovnik leytenant Əkrəm Şadmanovun şəhadətindən 2 il keçir

Polkovnik leytenant Əkrəm Şadmanovun şəhadətindən 2 il keçir

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bu gün polkovnik-leytenant Şadmanov Əkrəm Yunus oğlunun şəhadətindən 2 il keçir.

Modern.az xəbər verir ki, 1984-cü il martın 1-də Kəlbəcər rayonunun Zivel kəndində dünyaya gələn Əkrəm Şadmanov uşaqlıq illərindən başlayan çətinliklərə baxmayaraq, hərb yolunu seçir.  C.Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan Ordusunun şərəfli zabitlərindən birinə çevrilir.
Xidməti illərində daim ön cəbhədə olan, 2005–2023-cü illər ərzində taqım, bölük, tabor, qərargah rəisi və komandir müavini kimi mühüm vəzifələrdə xidmət göstərir. 44 günlük Vətən müharibəsində Qubadlı və Cəbrayıl uğrunda döyüşlərdə, Şuşa ətrafındakı yüksəkliklərin müdafiəsində göstərdiyi şücaət ona həm vaxtından əvvəl polkovnik-leytenat rütbəsini, həm də “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarını qazandırır. Sonrakı illərdə isə Qisas əməliyyatı və Antiterror tədbirlərində fəal iştirak edir, bölmələrin idarəsində bacarığı və döyüş meydanında göstərdiyi cəsarəti ilə seçilir.
2023-cü il sentyabrın 24-də Ağdam rayonunun Gülablı kəndi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən düşmənin basdırdığı minayla qarşılaşır və şəhidlik zirvəsinə ucalır. Əkrəm Şadmanov 2-ci Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətənə xidmətə görə” ordeni (III dərəcə) və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Xidməti dövründə  Əkrəm Şadmanov yuxarıda qeyd olunanlardan başqa “Müharibə iştirakçısı”, “Hərbi xidmətdə fərqlənməyə  görə”  1-ci, 2-ci və 3-cü  dərəcəli  medallarla, Silahlı Qüvvələrin “90”,”95” və “100” illik yubley medalları olmaqla, ümumilikdə 1 orden və 13 medalla təltif olunub.
Ruhu şad olsun! 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:410
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri