Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Polkovnik Prezidentin Ağdamda verdiyi mesajdan danışdı: Çirkin niyyətlərə qarşı daim hazır olmalıyıq

Polkovnik Prezidentin Ağdamda verdiyi mesajdan danışdı: Çirkin niyyətlərə qarşı daim hazır olmalıyıq

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq. Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik".

Bunu Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında oraya köçən sakinlərlə görüş zamanı deyib.

Dövlət başçısının verdiyi mesajı Redaktor.az-a şərh edən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, ölkə başçısının Qarabağa səfəri, Xankəndidə, Kərkicahanda və daha sonra yerli sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər arasında xeyli diqqəti cəlb edən məqamlar var idi:

"Əlbəttə ki, bu, sıradan, adi bir çağırış deyil. Yəni regionda baş verən hadisələr, bəzi ölkələrin geopolitik və geo-iqtisadi maraqları regionda müəyyən maraqların toqquşmasına gətirib çıxarır. Bu da müəyyən mərhələlərdə ölkəmiz üçün də bəzi problemlər və gərginliklər yaradır. O nöqteyi-nəzərdən, əlbəttə ki, biz ayıq-sayıq olmalıyıq. Mən ötən günlərdə İsrailin İranla bağlı hansısa planları yenidən həyata keçirməsi ilə bağlı İsrailin Baş naziri Netanyahunun çıxışını dinlədim. Bu, o deməkdir ki, 2026-cı ildə də böyük ehtimalla İsrail ilə İran arasında yenidən hərbi qarşıdurma yaşanacaq. O cümlədən, şimal qonşumuz da hələ də Zəngəzur dəhlizi ilə bağlı narazılığını bu və ya digər formada ifadə edir. Deməli, Amerikaya deyə bilmədiklərini, Amerikaya söyləyə bilmədiklərini bizim diqqətimizə çatdırır. O, Tramp marşrutu ilə bağlı özünün bəzi iddialarını ortaya qoyur".

Müsahibimiz vurğuladı ki, biz bu günə şəhidlərimizin canı və qanı hesabına gəlib çatmışıq.

"Ona görə də, əlbəttə ki, biz ayıq olmalıyıq. Çünki istənilən an müəyyən daxili və ya xarici qüvvələr Azərbaycana qarşı öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərə bilərlər, necə ki, cəhd edirlər. Ona görə regionda sülhün və əmin-amanlığın bərqərar olunması üçün biz mütləq mənada ordumuzu gücləndirməliyik. 2026-cı ilin dövlət büdcəsindən də bu məqsədlər üçün böyük vəsait ayrılıb. Yeni silah-sursatlar alınıb, alınır və alınacaq. Onların bir hissəsi ötən ay Azadlıq meydanında nümayiş olundu. Aralarında yeni hərbi təyyarələr, hərbi helikopterlər, artilleriya sistemləri, pilotsuz uçuş aparatları və digər avadanlıqlar var. Əlbəttə ki, bu, bizim gücümüzə güc qatır. Ona görə də ölkə başçısı təsadüfən demir ki, biz bir neçə potensial düşməndən güclü olmalıyıq ki, sabah baş verə biləcək təhlükələrin qarşısını ala bilək. Ona görə də mən də bu fikirlərlə razıyam və ümumiyyətlə, bütün sahələrdə hər kəs üzərinə düşən vəzifə borclarını vicdanla yerinə yetirməlidir", - deyə polkovnik bildirdi.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see205

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see201

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see185

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see178

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see172

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see166

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see159

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see157

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see152

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see151

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see145

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see143

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see141

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see141

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see141

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see139

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see139

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri