Polşa əsgəri sərhəddə miqranta rezin güllələrlə atəş açıb
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Polşa-Belarus sərhədində miqrantla insident baş verib. RMF24 radiosunun məlumatına görə, Polşa əsgəri iyulun 10-da Mixalovo şəhəri yaxınlığında sərhədi keçmək istəyən miqranta rezin güllələrlə atəş açıb.
Doğru.az xəbər verir ki, hadisə zamanı üç miqrant çayı keçməyə cəhd göstərib. Onlardan biri aqressiv davranaraq əsgərlərdən birinə hücum edib. Nəticədə o, hamar lüləli silahdan atılan rezin güllələrlə zərərsizləşdirilib.
Əsgərin ciddi xəsarət almadığı bildirilib. Hazırda yerli prokurorluq əsgərin səlahiyyətlərini aşması ehtimalını araşdırır.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın Kentukki ştatında kilsədə baş verən atışmada iki nəfər ölmüşdü.

Polşa əsgəri Belarusla sərhəddə intihar edib
02 Fevral 2025 18:13
Polşa əsgərləri miqranta qarşı silah tətbiq edib
14 İyul 2025 17:25
Ordumuzun əsgəri öldü
06 Noyabr 2024 20:42
DSXnin əsgəri odlu silahdan açılan atəş nəticəsində öldü
09 Noyabr 2024 20:09
Ordumuzun əsgəri intihar edib?
06 Noyabr 2024 20:41

