Polşa Osvensim həbs düşərgəsinin azad edilməsinin 80 illik tədbirinə Rusiyanı dəvət etmədi KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qərb jurnalisti Çeyz Bouz Varşavanın Rusiyanı Osvensim konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümü şərəfinə keçirilən bayram tədbirlərinə dəvət etməkdən imtina etməsini tənqid edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Lenta.Ru”məlumat paylaşıb. Jurnalist “X” platformasındakı hesabında Polşanın anti-Rusiya qərarını iyrənc adlandırıb: “Rusiyanın Osvensimdəki anım tədbirlərində iştirakına icazə verilməməsi tamamilə iyrənc və ağlasığmazdır. Bu, Avropanı yenidən müharibə həddinə çatdıran reallığın iyrənc təhrifini əks etdirir” .
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanı Osvensim şəhərinin azad edilməsinin ildönümünə dəvət etməkdən imtina etməsinə qarşı çıxıb. Onun sözlərinə görə, tədbirə ruslar əvəzinə bu həbs düşərgəsini yaradanlar dəvət olunacaq.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















