Icma.az
close
up
RU
Ukrayna Qərb münasibətlərində gərginlik: Zelenskinin hansı tələbləri yerinə yetirilmir?

Ukrayna Qərb münasibətlərində gərginlik: Zelenskinin hansı tələbləri yerinə yetirilmir?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosdakı açıqlamaları rəsmi Kiyevin Qərblə münasibətlərində müəyyən narazılıqların olduğunu göstərir".

Bunu Oxu.Az-a siyasi ekspert Rəşad Bayramov Zelenskinin fikirlərini şərh edərkən deyib.

O bildirib ki, Zelenskinin Avropanın fəaliyyətsizliyini Rusiyanın "Oreşnik" raketlərini Belarusda yerləşdirməsinə səbəb kimi göstərməsi Ukraynanın təhlükəsizlik və müdafiə məsələlərində Qərbdən gözləntilərinin tam qarşılanmaması kimi qiymətləndirilə bilər:

"Bu, həm də Zelenskinin mesajıdır ki, Ukrayna yalnız diplomatik bəyanatlarla kifayətlənmir, real hərbi və strateji yardım tələb edir. Davos Forumu kimi qlobal platformalarda belə çıxışlar həm Qərb liderlərinə ismarış, həm də daxili ictimaiyyətə siqnal funksiyası daşıyır. Onun açıqlamaları Qərb və Ukrayna arasında narazılıq və etimad çatışmazlığının mövcud olduğunu göstərir. Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Putinlə görüşməsi fonunda Ukraynanın bu narazılığı daha aydın sezilir.

Yəni ABŞ-nin Rusiya ilə diplomatik kanalları açıq saxlaması, amma Ukraynanın bu burada kifayət qədər təmsil olunmaması, eləcə də Kiyevin hərbi və strateji maraqlarının lazımi səviyyədə nəzərə alınmaması Zelenskinin sərt, incik çıxışının mənbəyini anlamağa imkan verir. Bu, həm də Qərb ölkələrinin Ukraynanın təhlükəsizliyi məsələsini prioritetə çevirmədiyi qənaətini formalaşdırır. Zelenskinin Davosdakı açıqlamalarından belə nəticəyə gəlmək olar ki, Ukrayna Qərbdən sürətli, adekvat və konkret hərbi dəstək gözləyir".

Politoloq vurğulayıb ki, Qərbin yardımlarının çatdırılma tempi, növü və həcmi Ukraynanın gözləntiləri ilə tam üst-üstə düşmür:

"Avropa ölkələrinin real addımlar atmaqda tərəddüdləri mövcuddur, bu isə Ukraynanı narazı salır. Nəticədə münaqişənin həlli və təhlükəsizliyin təmin olunması baxımından koordinasiya problemləri ilə yanaşı, prioritet fərqlilikləri də ortaya çıxır. Bütün bunlara baxmayaraq, Zelenskinin Davos çıxışında incikliklə yanaşı, Ukrayna və Avropa arasında strateji əməkdaşlığın perspektivləri də xüsusi olaraq vurğulanıb.

Əslində müharibə və enerji məsələləri kontekstində Avropa həm iqtisadi, həm də siyasi dəstək göstərir. ABŞ və bir sıra Avropa ölkələri Ukraynaya hərbi yardımı davam etdirir. Lakin bu dəstəyin sürəti və istiqaməti Ukraynanın tələbinə tam uyğun gəlmir. Bu, Zelenskinin çıxışında hiss olunan narazılığı izah edir. Ümumilikdə isə Davosdakı açıqlamalar və son görüşlər göstərir ki, Ukrayna-Qərb münasibətlərində elə də böyük uçurum yoxdur, lakin gərginlik artıb. Bu isə özünü daha çox taktiki və psixoloji səviyyədə büruzə verir.

Zelenski bir tərəfdən Qərbə mesaj göndərərək real hərbi və diplomatik dəstək tələb edir, digər tərəfdən isə strateji əməkdaşlığın davam etdiyini vurğulayaraq Ukrayna üçün sürətli və konkret addımların atılmasını istəyir".

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Yanvar 2026 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri