Polşada casusluğa və cinayətkar qrup rəhbərliyinə görə Rusiya vətəndaşı axtarışa verilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Polşa prokurorluğu 2023-cü ildə təşkil edilmiş cinayətkar qrupa rəhbərlikdə və Rusiya kəşfiyyatının xeyrinə fəaliyyət göstərməkdə şübhəli bilinən bir Rusiya vətəndaşının müəyyən edildiyini və ona qarşı ittiham irəli sürülərək axtarışa verildiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.
İstintaq müəyyən edib ki, 28 yaşlı Rusiya Federasiyası vətəndaşı 2023-cü ildə Polşada Rusiya kəşfiyyatının fəaliyyətini təşkil edib və casusluq, diversiya, sabotaj və təbliğatla məşğul olan cinayətkar qrupun fəaliyyətini əlaqələndirib.
30 nəfərdən ibarət olan qrup üzvlərinə, o cümlədən, kəşfiyyat fəaliyyəti, antiukrayna və antinato məzmunlu vərəqələrin çapı və yapışdırılması, Ukrayna və Belarus dissidentlərinin döyülməsi və onların əmlakının yandırılması tapşırılırmış. Onların dəmir yollarında terror xarakterli cinayət kimi qiymətləndirilmiş təxribat törətmək üçün fəaliyyətlər icra etdikləri müəyyən olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 02 Dekabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















