Portuqaliya nəhəngi argentinalı mütəxəssisə tapşırıldı
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Argentinalı mütəxəssis Martin Anselmi "Portu"nun yeni baş məşqçisi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
O, yanvarın 20-də istefaya göndərilən Viktor Brunonu əvəzləyib.
39 yaşlı argentinalı mütəxəssis üçün bu, Avropada ilk məşqçilik təcrübəsi olacaq. O, əvvəllər Çilinin "Union La Calera", Ekvadorun "Independiente del Valle" və Meksikanın "Cruz Azul" klublarında çalışıb. O, sonuncuya 2024-cü ilin yanvarından rəhbərlik edirdi.
"Əjdahalar" hazırda 19 matçdan sonra 41 xalla Portuqaliya liqa cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda lider "Sportinq"dən 6 xal geri qalır.
Mirağa

Portuqaliya nəhəngi baş məşqçisiz qaldı
20 Yanvar 2025 21:22
Portuqaliya nəhəngi gürcünü rənglərinə bağladı
01 Aprel 2025 14:50
Portuqaliya nəhəngi yeni baş məşqçisini açıqladı
11 Noyabr 2024 16:11
Gürcüstan millisinin üzvü Portuqaliya nəhəngi ilə anlaşdı FOTO
01 Aprel 2025 14:15
“ArazNaxçıvan” rusiyalı mütəxəssisə tapşırıldı Rəsmi
03 Yanvar 2025 12:34

